Həbib bəy Səlimovun başçılığı ilə bölgəyə yeridilən qoşun 1919-cu il avqustun 13-dən
sentyabnn 3-dək bütün rus hərbi dəstələrini darmadağın edib ölkəmizdən
qovmuşdu. Nəticədə hərbi nazir S.Mehmandarovun əmrində deyildiyi kimi,
"Lənkəran qəzası və Muğan doğma Azərbaycana qaytarıldı". Milli ordu
hissələri görkəmli sərkərdəmiz Həbib bəy Səlimovun başçılığı altında 1920-ci
ilin müqəddəs Novruz günündə separatçı erməni qüvvələrinin Qarabağda
qaldırdığı qiyamı da yatırdı.
Əsgəran savaşında qiyamçılan və Ermənistandan
göndərilən nizami ordunu darmadağın etdi. Əsgəran qalası üzərində yenə də
Azərbaycan bayrağı dalğalanmağa başladı. Milli ordu tərəfindən Şuşa qalası
da düşməndən təmizləndi. Qarabağ savaşında qazeınılan qələbə münasibəti ilə
hərbi nazirimiz general Səməd bəy Mehmandarov əsgərlərə müraciətində
demişdi:
"Mən Almaniya cəbhəsində, bir çox savaşlarda olmuşam, lakin sizin kimi qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm... Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu qorudunuz!". Cümhuriyyət hökuməti
Azərbaycanın hərbi donanmasının yaradılması üçün də mühüm addımlar atmışdı. 1919-cu ilin yayında Bakını
tərk edən ingilislərin Azərbaycan hökumətinə təhvil verdiyi hərbi sursat və
hərbi gəmilər əsasında
Xəzər Hərbi Donanması yaradıldı. Cənubi Rusiya
ordusunun başçısı, çar generalı Denikinin qəti etirazlarına baxmayaraq, dəniz
sərhədlərimizi qoruyan hərbi donanmamız şanlı Azərbaycan bayrağı altında
üzürdü. 1919-cu ilin sonunda donanma üçün xaricdən 18 hərbi kater və 6 sualtı
qayıq alınmışdı.
Azərbaycan Xala Cümhuriyyətinin tarixi torpaglarımm erməni təcavüzündən aorumaa uğranda mübarizəsi. Azərbaycanın Milli Şurasının
1918-ci il mayın 29-da məcburi addım kimi