Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə164/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   160   161   162   163   164   165   166   167   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ordu 
quruculuğu 
idi. Cümhuriyyət yarananda onun müsəlman könüllü dəstələrindən 
ibarət cəmi 600 nəfərlik kiçik bir hərbi qüvvəsi var idi. Daxili və xarici 
düşmənlərin çoxluğu şəraitində dövlətimiz bu kiçik qüvvə ilə istiqlaliyyətini və 
öz ərazi bütövlüyünü qoruyub saxlamaq iqtidarında deyildi. Bunu nəzərə alan 
hökumət 1918-ci il Batum müqaviləsinə əsasən Osmanlı dövlətindən təcili hərbi 
yardım alaraq öz milli ordusunu qurmağa başladı. Bu məqsədlə Osmanlıdan 
təcrübəli hərbi mütəxəssislər çağrıldı. Hökumətin 1918-ci il 26 iyun tarixli 
qərarı ilə Müsəlman korpusu "Azərbaycan korpusu" adlandırıldı. 1918-ci il 
avqustun 11-də verilmiş "Ümumi hərbi səfərbərlik" haqqında fərmana görə 
1894 - 1899-cu illərdə doğulmuş müsəlman etiqadlı bütün Azərbaycan 
vətəndaşları hərbi qulluğa çağrılırdılar. Bu fərmana tabe olmayanlar müharibə 
dövrünün hərbi qanunları ilə mühakimə olunmalı idilər. 1918-ci il noyabrın 1-də 
Hərbi nazirliyin yaradılması haqqında qərar verildi. Hərbi nazirliyə rəhbərliyi 
baş nazir F.X.Xoyski öz üzərinə götürdü və general Səməd bəy Mehmandarov 
onun müavini təyin olundu. 1918-ci il dekabrın 26-da yaradılmiş üçüncü 
hökumət kabinetində hərbi nazir vəzifəsini tutan böyük sərkərdəmiz 
Səməd bəy 
Mehmandarovun 
rəhbərliyi altında Milli ordunun yaradılması prosesi 
sürətləndi. 1919-cu ildə 25 min nəfərdən ibarət ordu yaratmaq və 1920-ci ildə 
hərbi qüvvələrin sayını 40 minə çatdırmaq vəzifəsi irəli sürülmüşdü. Hökumət 
bu strateji sahəyə 400 milyon manata yaxın pul ayırmışdı ki, bu da illik dövlət 
büdcəsinin 24% -nə bərabər idi. Görülən tədbirlər nəticəsində artıq 1919-cu ilin 
sonlarında 
Azərbaycan milli ordusu 
iki piyada və bir süvari (atlı) diviziyadan 
ibarət idi. General S.Mehmandarovun orduda əmrlərin Azərbaycan türk dilində 
verilməsi və hərbi təlimin ana dilində aparılması haqqında əmrinin icrasına 
xüsusi diqqət yetirilirdi. Hərbi nazirin müavini görkəmli hərbiçimiz general 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin