yüksəlişinə səbəb oldu.
Hərəkatda fəhlələr, kəndlilər, sənətkarlar, tacirlər,
ziyalılar və milli burjuaziyanın nümayəndələri iştirak edirdilər.
Hökumətin hərəkat üzvlərinə divan tutmaq cəhdlərinə qarşı 1920-ci il
aprelin 7-də Təbrizdə üsyan başladı. Şəhərdə ümumi sayı iki minə çatan şah
kazak dəstələrindən başqa silahlı qüvvələrin hamısı üsyana qoşuldu.
Üsyana
rəhbərlik etmək üçün Şeyx Məhəmməd Xiyabani başda olmaqla İctimai İdarə
Heyəti (İİH) yaradıldı. Üsyançılar iki gün ərzində Təbrizdəki bütün dövlət
idarələrini ələ keçirdilər və üsyan qan tökülmədən qalib gəldi. Qali- biyyətli
Təbriz üsyanı qonşu ölkələrdə, xüsusilə Rusiya və Türkiyədə böyük əks - səda
doğurmuşdu. Sovet Rusiyası Sovet Azərbaycanı vasitəsilə Təbriz hərəkatının
lideri Ş.M.Xiyabaniyə silah - sursat, maliyyə yardımı təklif edərək bu
hərəkatdan ingilisləri bölgədən çıxartmaq üçün istifadə etməyə çalışırdı.
Bolşevizmi "çar hökumətinin astar üzü" adlandıran və Sovet Rusiyasının
"inqilab ixracı" yolu ilə Şərq ölkələrini işğal etmək planlarından yaxşı xəbərdar
olan Ş.M.Xiyabani bu təklifi qətiyyətlə rədd etdi. Yalnız öz xalqının gücünə
arxalanan Xiyabani, hətta Mustafa Kamal Atatürkün də kömək təklifinə müsbət
cavab verməmişdi.
Cənubi Azərbaycandakı hərəkatın milli - azadlıq xarakteri daşıması
Ş.M.Xiyabaninin Tehran hökumətinə göndərdiyi tələblərdən daha aydın
görünür. Qacar hökumətindən ölkənin respublika elan edilməsi, Azərbaycana
muxtariyyət
verilməsi, Konstitusiyanın Əncümənlər (Şuralar) haqqında
maddəsinin həyata keçirilməsi, bütün xarici qoşunların ölkədən qovulması,
ingilispərəst hökumətin istefaya göndərilməsi, 1919-cu ildə İngiltərə ilə
bağlanmış sazişin ləğv edilməsi tələb olunurdu. 1920-ci ilin aprel üsyam zamanı
Xiyabaninin dönməz iradəsi hərəkata ümumilli xarakter verdi və əvvəl
Tehranın nümayəndələri, sonra isə ingilis komandanlığında
olan hind sipahi
dəstələri Təbrizdən çıxarıldılar. İrəli sürülmüş tələblərlə bağlı Tehran
hökumətindən heç bir müsbət cavab gəlmədiyindən 1920- ci il iyunun 23-də
Azərbaycan Demokrat Partiyası İctimai İdarə Heyəti əsasında tam muxtar
hüquqlara və silahlı qüvvələrə malik olan Milli Hökuməti təşkil etdi.
Ş.M.Xiyabaninin başçılıq etdiyi Milli Hökumət Cənubi Azərbaycanın sosial-
iqtisadi həyatına aid bir sıra mühüm islahatlar keçirdi. Dövlətə məxsus
torpaqların kəndlilər arasında bölünməsi haqqında qərar verildi.
Təbrizdə
aztəminatlı ailələrin uşaqları məktəblərə cəlb olundu, bir neçə məktəbdə qızlar
üçün siniflər açıldı. Məktəblərdə tədris doğma türk dilində aparılırdı. Təbrizdə
xalça fabrikinin tikintisinə başlanıldı, milli bank açılması və pul islahatı
keçirilməsi planlaşdırılmışdı. Milli hökumət Təbriz şəhərinin əhalisindən iki
min nəfərdən ibarət yeni jandarm və polis dəstələri təşkil etmişdi. Ümumi sayını
12 min nəfərə çatdırılması nəzərdə tutulan Milli qvardiyanın yaradılmasına
başlanmışdı.
Şeyx Məhəmməd Xiyabani 1920-ci il 7 aprel Təbriz üsyanından sonra
quracağı dövləti "Azərbaycan" deyil, "Azadıstan" adlandırmışdı. O, bunu
dünyada artıq Azərbaycan adlı dövlətin mövcud olması ilə əsaslandırmışdı.
259
ümumiyyətlə. Şeyx Məhəmməd Xiyabani Şimali Azərbaycana çox ehtiyatla
yanaşırdı. Bu, cənubdakı hərəkatın ilk dövrlərində Azərbaycan Xalq
Cümhuriyyətinin İngiltərə ilə sıx əlaqədə olması, sonrakı dövrdə isə aprel istilası
nəticəsində yaradılan Sovet Azərbaycanının Rusiyanın müstəmləkəsinə
çevrilməsi ilə bağlı idi. Çox maraqlıdır ki,
Xiyabani ilə görüşən böyük
mütəfəkkirimiz Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında Milli
hökuməti "Azərbaycan Cümhuriyyəti" adlandırmışdı. 1920-ci ilin may - iyun
aylarında sovet rejiminə qarşı Azərbaycan SSR-də baş vermiş üsyanların qan
içərisində boğulması Xiyabanidə Şimali Azərbaycanın işğaldan qurtulacağına
olan ümidlərini qırsa da, bolşeviklərin zülmündən Cənuba qaçan
azərbaycanlılara sığınacaq vermişdi. Sığınacaq verilənlərin içərisində Sovet
rejiminə qarşı 1920-ci ilin may ayında baş vermiş Gəncə üsyanının iştirakçısı
olan xeyli sayda əsgərimiz də vardı.
Tehran hökumətinin İngiltərə nümayəndəliyi ilə birlikdə hazırladığı
hücum planına əsasən sentyabrın 11-də
bütün əks - inqilabi qüvvələr, o
cümlədən komandanı rus olan şah kazak dəstəsi Təbrizə yeridildi. Milli
hökumətin müdafiəçiləri sentyabrın 14-dək son damla qanlarına qədər
qəhrəmanlıqla vuruşaraq azadlıq yolunda canlanm qurban verdilər. Qaçıb
gizlənmək və ölkəni tərk etmək üçün hər cür imkanı olan Şeyx Məhəmməd
Xiyabani sonadək müqavimət göstərib. Vətənimiz uğrunda şəhid oldu.
Hökumətdən təslim olmaqla can təhlükəsizliyini istəmək təklifinə bu qəhrəman
türk belə cavab vermişdi: "Mən ölməyi üstün tuturam və düşmənlərim
qarşısında diz çökmərəm. Mən məşrutiyyət dövrünün övladıyam və ərəblərə baş
əyməyən Babək Xürrəminin sülaləsindənəm." Vətənin azadlığını
hər şeydən
üstün tutan Şeyx Məhəmməd Xiyabaninin "bir xalqın ki, istiqlaliyyəti yoxdur,
deməli, onun heç nəyi yoxdur!" məşhur kəlamı xalqımızın milli - azadlıq
mübarizəsinin tarixinə böyük hərflərlə yazılmışdır. Bu hərəkatla Cənubi
Azərbaycan türkləri Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə öz milli
varlıqları uğrunda mübarizəyə qalxmış və ilk dəfə Qacar səltənəti daxilində milli
muxtariyyət əldə etməyə cəhd göstərmişdilər.
Azadlıq hərəkatı nəticəsiz qalmadı. İngilispərəst Tehran hökuməti
yenisiylə əvəz edildi. İngiltərə ilə əsarətli şərtlərlə bağlanmış 1919-cu il sazişi
1921-ci ildə ləğv olundu.
X FƏSİL. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
(1918-1920-Cİ İLLƏR)
Dostları ilə paylaş: