50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilmişdi.
Bundan başqa, erməni quldurları tərəfindən Azərbaycanın
Zəngəzur qəzasında 115 müsəlman kəndi talan edilərək yer üzündən silinmişdi.
Nəticədə,
10 min nəfərdən çox Azərbaycan türkü öldürülmüş və ya şikəst
edilmişdi. Öldürülənlərdən
2276-sı qadın, 2196-sı isə uşaq idi.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra
Milli Hökumət erməni-daşnak-bolşevik qüvvələrinin Bakıda və Azərbaycanın digər
bölgələrində törətdiyi cinayətləri araşdırmaq üçün 1918-ci il iyulun 15-də
Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaratdı. Əksər üzvləri qeyri -
azərbaycanlılardan ibarət olan komissiyanın ermənilərin Bakıda və bütün
Azərbaycanda törətdiyi vəhşi əməllərlə bağlı topladığı sənədlər toplusu 36
cilddən (3500 vərəq) ibarət idi. İstedadlı tarixçimiz Anar İsgəndərovun həmin
komissiyanın materiallarından monoqrafiyasında istifadə etdiyi parçalar adamı
dəhşətə gətirir. Komissiyanın materiallarına görə Bakıda
“...müsəlmanların evinə soxulan ermənilər onları xəncərlə doğram - doğram, süngülərlə deşik - deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, 3-4 günlük çağaları süngünün ucunda oynadır, bir sözlə, heç kimə rəhm etmədən hamısını öldürürdülər... ” Bakının Kərpicxana deyilən hissəsində yerləşən dördüncü
evdə ermənilərin törətdiyi cinayəti çəkmək üçün gəlmiş fotoqraf V.Sokolov
evdə talandan sonra yaranmış mənzərədən dəhşətə gəlmişdi: “...
otağın döşəməsi üstündə 22 - 23 yaşlı bir qadının, 2 qoca qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və bir südəmər körpənin meyidi qalmışdı. Körpənin əl - ayağını itlər gəmirib yemişdi.” Fövqəladə Təhqiqat Komissiyasının
materiallanna görə hadisələrin