Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


partiyasının milli-azadlıq hərəkatının aparıcı qüvvəsinə çevrilməsindən bərk



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə154/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   150   151   152   153   154   155   156   157   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


partiyasının milli-azadlıq hərəkatının aparıcı qüvvəsinə çevrilməsindən bərk 
narahatçılıq keçirirdi. 1917-ci ilin oktyabrın 22-də Bakı Sovetinə keçirilən 
seçkilərdə əhali içərisində kifayət qədər təbliğat aparmağa imkanı belə olmayan 
(çünki seçkilərin keçirilməsi vaxtı cəmi bir gün qabaq "Müsavat" partiyasına 
bildirilmişdi) "Müsavat" partiyası düşmənlərimiz üçün çox gözlənilməz şəkildə 
qələbə qazanmışdı. "Müsavat" partiyası 25 min seçicidən 9617-sinin, yəni bütün 
seçicilərin 40%-nin səsini almışdı. Halbuki, özləri üçün daha əlverişli şəraitdə 
seçki keçirən bolşeviklər cəmi 3823, eserlər 6305, men- şeviklər 687, daşnaklar 
isə cəmi 528 seçicinin səsini ala bilmişdilər. 
1917-ci ilin oktyabnn 25-də baş vermiş çevriliş nəticəsində Rusiyada 
Müvəqqəti Hökumət devrilmiş və V.İ.Lenin başda olmaqla bolşeviklər 
hakimiyyətə gəlmişdilər. Həmin gün Bakıda Müsavat Partiyasımn I qurultayı öz 
işinə başlamışdı. Qurultayda partiyanın Mərkəzi Komitəsinin sədri seçilmiş 
M.Ə.Rəsulzadə azadlıq hərəkatının ilkin vəzifəsinin Rusiyanın tərkibində milli - 
ərazi muxtariyyəti statusunun əldə edilməsi, son məqsədinin isə müstəqil 
Azərbaycan dövlətinin yaradılması olduğunu açıq şəkildə bildirmişdi. 
1917-ci il oktyabr çevrilişi nəticəsində hakimiyyətə gələn bolşeviklər 
Rusiya imperiyasının tərkibində olan xalqların sərbəst şəkildə aynlaraq öz 
müstəqil dövlətlərini yaratmalarına hüquqi təminat verən bəyənnamələr elan 
etsələr də, az sonra aydın oldu ki, bu sənədlər daha çox təbliğat xarakteri daşıyır. 
Çünki Sovet Rusiyası, əksinə Rusiyanın müstəmləkələrində, o cümlədən Şimali 
Azərbaycanda ona sadiq olan antimilli qüvvələrdən, xüsusilə bolşeviklərdən
daşnaklardan, erməni əhalisindən istifadə edərək keçmiş imperiyanı hər vasitə 
ilə qoruyub saxlamağa çalışırdı. 
251 


Oktyabr çevrilişindən ruhlanan bolşeviklər 1917-ci ilin noyabr ayının 
2-də Bakıda Sovet hakimiyyətinin qurulduğunu elan etmişdilər. Sovetin 
İcraiyyə Komitəsinin sədri vəzifəsinə S.Şaumyan təyin olunmuşdu. Bolşevik 
Rusiyasının rəhbəri V.İ.Lenin S.Şaumyanı, hətta Qafqazın fövqəladə komissarı 
təyin etmişdi. 
Oktyabr çevrilişi nəticəsində Müvəqqəti Hökumətin Qafqazı idarə edən 
orqanı - Xüsusi Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırmalı oldu. Cənubi 
Qafqazın gələcək taleyini düşünən bütün siyasi qüvvələr və təşkilatlar yeni bir 
müstəqil hökumət orqanının yaradılması üçün təcili addımlar atmağa başladılar. 
Nəticədə 1917-ci il noyabrın 15-də 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin