Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə152/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   148   149   150   151   152   153   154   155   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Nəsib bəy Usubbəylinin 
başçılığı 
ilə daha bir milli təşkilat - "Türk federalistləri" partiyası yaradıldı. 
1917-
ci ilin mart ayının 27-də müsəlman milli təşkilatları öz 
qüvvələrini birləşdirərək 
Müsəlman Milli Şurasının İcraiyyə Komitəsini 
təşkil etdilər. Şurada ən böyük nüfuza malik təşkilat "Müsavat" partiyası idi. 
Qafqaz müsəlmanlarının aprel ayının 15-dən 20-dək Bakıda keçirilən 
qurultayında "Müsavat" partiyası ilə 
”Türk federalistləri" 
partiyası eyni 
mövqedən çıxış edirdilər. Qurultayda hər iki partiyamn təsiri ilə qəbul edilən 
qərarda 
Rusiyada federativ əsaslarla demokratik respublikanın 
yaradılması 
müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən idarə 
forması kimi qəbul olunmuşdu. Azərbaycanın milli demokratları yaxın 
gələcəkdə qurula biləcək Rusiya Respublikasının tərkibində 
türk və müsəlman 
xalqlarına 
birinci addım kimi 
milli - ərazi muxtariyyəti verilməsi tələbini 
də 
məhz bu qurultayda irəli sürmüşdülər. Ümumirusiya müsəlmanlarının 1917- ci 
il mayın 1-də Moskvada keçirilən qurultayında əsas məruzə ilə çıxış edən 
M.Ə.Rəsulzadə 
türk xalqları üçün 
milli - ərazi muxtariyyətinin 
tələb 
edilməsinin zəruriliyini tutarlı dəlillərlə əsaslandırmışdı. Tatar burjuaziyasının 
qurultayda iştirak edən nümayəndələrinin lideri 
Əhməd Salihov 
Rusiyanın bir 
millətli, yəni unitar dövlət kimi saxlanılması, müsəlman xalqlarına isə yalnız 
mədəni muxtariyyət 
verilməsi tələbi ilə çıxış edirdi. 1917-ci il may ayının 7-də 
qurultayda keçirilən səsvermədə M.Ə.Rəsulzadənin 
milli - ərazi muxtariyyəti 
təklifi 
mədəni muxtariyyət 
tərəfdarlarının 271 səsinə qarşı böyük üstünlüklə - 
446 səslə qəbul edildi. Qurultay göstərdi ki, 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin