jurnalı milli mətbuatımızda çox böyük hadisə və ayrıca bir mərhələ kimi
qiymətləndirilir. Rusiyada və bütün Müsəlman Şərqində geniş yayılan,
Avropada, hətta Amerikada abunəçiləri olan "Molla Nəsrəddin" jurnalı
Azərbaycanda milli - azadlıq hərəkatının əsas məqsədinə sədaqətlə xidmət
edirdi. Bu jurnal milli - azadlıq ideyalarının yayılması
və milli şüurumuzun
oyanmasında misilsiz rol oynamışdır. "Molla Nəsrəddin" jurnalı milli
mətbuatımızda elə bir Ədəbi məktəb yaratmışdı ki. Vətənimizi və millətimizi
düşünən əsil ziyalıların, jurnalistlər və yazıçıların hamısı, o cümlədən
M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ö.Faiq Nemanzadə, Ə.Nəzmi və
başqaları onun ətrafında sıx birləşmişdilər.
1901 - 1917-ci illərdə Şimali Azərbaycanda çıxan
sosial - demokrat
təmayüllü mətbuat orqanlarında daha çox bolşevik məfkurəsi və marksist
ideologiya təbliğ olunurdu.
Qafqazda ən kütləvi və nüfuzlu mətbuat orqanı olan "Kaspi" qəzeti
Azərbaycanda ictimai fikrin formalaşmasında mühüm rol oynayırdı. Görkəmli
siyasi xadim Əlimərdan bəy Topçubaşovun əsil publisistlik istedadı
bu qəzetdə
parlamışdı. 1915-ci ildən 1918-ci ilədək "Müsavat" partiyasının mətbuat orqanı
kimi fəaliyyət göstərən və görkəmli siyasi xadim M.Ə.Rə- sulzadənin redaktoru
olduğu "Açıq söz" qəzeti dövrün ən vacib ictimai - siyasi problemlərini diqqət
mərkəzində saxlayırdı.
Bakıda milli mətbuatın inkişafı Cənubi Azərbaycanda da qəzet və
jurnalların nəşr olunmasına ciddi təsir göstərmişdi. 1906 - 1907-ci illərdə
Təbrizdə nəşr olunan 23 qəzet və jurnaldan 20-si
Azərbaycan türk dilində
çıxırdı. Əliqulu Qəmküsar "Azərbaycan" satirik jurnalının. Seyid Hüseyn
"Ədalət" və "Ana dili" qəzetlərinin, M.Ə.Rəsulzadə isə "Yeni İran" qəzetinin
redaktoru vəzifəsində işləməklə, cənublu qardaşlarımıza bu sahədə öz kömək
əllərini uzatmış və bu yolla Cənubi Azərbaycan türklərinin milli oyanışı
sahəsində əvəzsiz xidmətlər göstərmişdilər.
Dostları ilə paylaş: