1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi



Yüklə 109,81 Kb.
səhifə1/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
  1   2   3   4   5   6   7   8   9   ...   17
Tarix (semestr)


1.XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi.
Rusiya Azərbaycan torpaqlarında erməni dövləti yaratmağı planlaşdırırdı. Ona görə Şimali Azərbaycana 1828-ci ildən sonra İrandan 50 minə qədər, Ədirnə sülhündən sonra Osmanlı dövlətindən 90 minədək erməni köçürüldü. Köçürülənlərə İrandan alınan təzminat hesabına vəsait verildi. Onlar 6 illiyə vergi və mükəlləfiyyətlərdən azad edildilər. Ermənilərin çox hissəsinin köçürüldüyü Naxçıvan, İrəvan və Qarabağ bölgələrində əhalinin etnik tərkibi kəskin dəyişikliyə uğradı: ermənilərin xüsusi çəkisi artdı. Çarizm I Rusiya-İran müharibəsindən sonra Şimali Azərbaycanda rusların məskunlaşdırılmasını həyata keçirməyə başladı. İlk mərhələdə ordu qərargahları yanında hərbi məskənlər yaratmaq və hərbi xidməti başa vuran əsgərləri məskunlaşdırmaq nəzərdə tutulurdu. Lakin bu baş tutmadı. 1830-cı ildə çar I Nikolay təriqətçilərin və bidətçilərin Cənubi Qafqaza köçürülməsi haqqında sərəncam verdi. 30-cu illərdə Azərbaycanda 30 rus kəndi salındı. Rus əhali əsasən yarımköçəri əhaliyə məxsus yaylaq və qışlaqlarda yerləşdirildi. Bu da yerli əhalinin təsərrüfat həyatına ağır zərbə vurdu. 1817-1818-ci illərdə çar höküməti almanların Cənubi Qafqaza köçürdü. Həmin vaxt Cənubi Qafqazda salınan alman koloniyasından ikisi: Yelenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir) Şimali Azərbaycanda yerləşirdi.
2.XIX əsrin 30-cu illərində hərbi-müstəmləkə rejiminə qarşı çıxışlar.
Rusiyanın müstəmləkəçilik siyasəti Azərbaycanda milli, dini, ictimai zülmü artırdı, həyatı dözülməz etdi. Çar məmurları əhalinin heysiyyatını təhqir edir, insan ləyaqətini alçaldırdılar. Car-Balakən üsyanı. Car-Balakən camaatlığının daxili muxtariyyəti 1830-cu ildə ləğv edildi, dairə yaradıldı. Çarizm buradan hərbi istinadgah kimi istifadə edib Şimali Qafqaz dağlılarının milli-azadlıq hərəkatını boğmaq niyyətində idi. Müridizmin liderlərindən biri olan Şeyx Şaban bölgə əhalisinə müraciət edərək rus işğalçılarına qarşı savaşa çağırdı. İyunda Şeyx Şabanın başçılığı ilə üsyan başladı. Dağıstandan Həmzət bəyin başçılığı ilə iki min atlı üsyançılara köməyə gəldi. Üsyançılar Zaqatala qalasındakı rus qarnizonunu mühasirəyə aldılar, Car bölgəsini ələ keçirdilər. Rus zabitləri üsyançılar arasında birliyi pozdular, Şeyx Şaban və Həmzət bəy qoşunlarını çəkib apardılar. Lənkəran üsyanı. Bu əyalətdə komendantın rüşvətxorluğu, özbaşınalığı, günahsız adamları gizli məhv etməsi, vergiləri ikiqat artırması üsyana gətirib çıxardı. 1831-ci ildə Alar kəndində toplaşan bəylər İranda yaşayan keçmiş Lənkəran xanı Mir Həsən xanı gəlib üsyana rəhbərlik etməyə çağırdılar. Mir Həsən xan bölgəyə gəldikdə kəndlilər onun başçılığı ilə üsyana başladılar. Quba üsyanı. Quba əyalətində 1837-ci ildə başlayan üsyan iştirakçıların sayına və təsir dairəsinə görə Azərbaycan tarixində Xürrəmilər hərəkatından sonra ən güclü xalq çıxışı idi. Bu üsyanın da başlıca səbəblərindən biri komendantın vergiləri bir neçə dəfə çox artırması idi. Varşavadakı müsəlman alayına atlılar toplanması və atlıların təchizi üçün əhalidən əlavə vəsait tələb edilməsi xəbəri üsyanın başlanmasına bəhanə oldu. 1837-ci ilin avqustunda Şimali Qafqazda milli-azadlıq hərəkatının başçısı Şeyx Şamil üsyançılara məktub göndərərək çar məmurlarının vədlərinə inanmamağı məsləhət gördü.
Üsyanın yeni mərhələsi başlandı.Quba əyalətinin bəyləri və kəndxudaları Hacı Məhəmmədi üsyana rəhbər, Yarəlini də ona köməkçi seçdilər. Şəki üsyanı. 1838-ci ildə Şəki əyalətində Məşədi Məhəmmədin başçılığı ilə üsyan oldu. Şəki əyalətində vergi və mükəlləfiyətlər daha ağır idi. Keçmiş Şəki xanı Səlim xanın oğlunun tapşırığı ilə Şəkiyə gələn Məşədi Məhəmməd çarizm əleyhinə təbliğata başladı və Dağıstana gedib rutullu Ağa bəydən hərbi yardım aldı. 5 minlik dəstə ilə Şəki qalasına hücum etdi.

Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin