1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi təşkilatlar və partiyalar



Yüklə 109,81 Kb.
səhifə4/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   2   3   4   5   6   7   8   9   ...   17
Tarix (semestr)

7.XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi təşkilatlar və partiyalar.
1902-ci ildəM.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Müsəlman gənclik təşkilatı” yaradıldı. Rusiyada çarizmə qarşı ən ardıcıl mübarizə aparan Rusiya Sosial-Demokrat Fəhlə Partiyası 1901-cı ildə Bakı komitəsini yaratdı. Lakin burada rus, gürcü və erməni nümayəndələ-ri əsas rol oynadıqları üçün müsəlman fəhlələri ona yad bir təşkilat kimi baxırdılar. Azərbaycanlılar arasında sosial-demokrat təbliğatı aparmaq üçün 1904-cü ildəM.Mövsümov, M.H.Hacınski və M.Ə.RəsulzadəHümmət təşkilatı yaratdılar. Əhməd bəy Ağayev1906-cı ildəDifai partiyasını yaratdı. Məqsədi azərbaycanlılara qarşı törədilən milli qırğınların qabağını almaq, milli burjuaziyasını, ziyalıları və mülkədarları milli iş üçün birləşdirmək idi. Difai partiyasının Gəncədə, Şuşada, Naxçıvanda və digər yerlərdə şöbələri yaradıldı. 1906-cı ilin oktyabrında “İrşad” qəzetində dərc olunan proqramda qeyd olunmuşdu ki, torpaq onu əkib becərən kəndlilərə verilməlidir. Difai partiyası milli qırğın törədənlərə ağır cəza verəcəklərini bəyan etdilər və erməni quldurlarına yardım etmiş rus hərbçilərini və məmurlarını məhv etdilər. Sonrakı dövrdə çarizmin təqiblərinə görə Ə.Ağayev Osmanlı dövlətinə mühacirətə getməyə məcbur oldu. 1907-ci ilin mayında Gəncədə İsmayıl xan Ziyadxanlının rəhbərliyi ilə Müdafiə təşkilatı, Bakıda Şərifzadə və Cuvarlinskinin başçılığı ilə İttifaq təşkilatı yaradıldı. Bu təşkilatlar müsəlman əhalini erməni-rus silahlı birliklərinin soyqırımından qorumaq üçün birliyə çağırırdılar.1911-ci ildəMüsavat partiyası yaradıldı. Onun yaradıcıları Abbasqulu Kazımzadə, Tağı Nağıyev və Məmmədəli Rəsulzadə idilər. Partiyanın 1912-ci ildə çap edilən proqramında müsəlman xalqların müstəqilliyi və dövlətçiliyinin bərpası müddəaları irəli sürülmüşdü. 1908-ci ildən İranda və Osmanlı dövlətində mühacirətdə olan M.Ə.Rəsulzadə1913-cü ildə vətənə qayıtdı və Müsavat partiyasının lideri oldu. O, Əli bəy Hüseynzadənin“türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını partiyanın başlıca istiqaməti kimi irəli sürdü.

Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin