1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


XX əsrin əvvəlində Azərbaycanda mədəniyyətin inkişafı



Yüklə 109,81 Kb.
səhifə6/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   2   3   4   5   6   7   8   9   ...   17
Tarix (semestr)

9.XX əsrin əvvəlində Azərbaycanda mədəniyyətin inkişafı.
Bu dövrdə milli şüurun inkişafında və milli ideolgiyanın formalaşmasında xaricdə təhsil alan gənclərimiz mühüm rol oynadılar. Onlar maarifin inkişafına, milli məktəblər yaradılmasına, dərslik və proqramlar hazırlanmasına böyük töhfə verdilər. 1906-cı ilin avqustunda Bakıda Azərbaycan müəllimlərinin I qurultayı keçirildi. Qurultayda: 1)yeni tipli məktəblər yaradılması; 2)icbari ibtidai təhsilə keçilməsi; 3)təhsilin ana dilində aparılması təklif edildi. 1912-ci ildə qəbul edilən əsasnaməyə görə şəhər məktəbləri ali ibtidai məktəblərə çevrildi. Bu dövrdə gimnaziyaların sayı 11-ə, orta təhsil verən realnı məktəblərin sayı 4-ə çatdı.
H.Z.Tağıyev 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün məktəb açdı. 1 il sonra Gəncədə də azərbaycanlı qızlar üçün məktəb yaradıldı. Müəllim kadrlara ehtiyacı ödəmək üçün 1914-cü ildə Gəncədə, 1916-ci ildə Bakıda müəllimlər seminariyası fəaliyyətə başladı. Bu dövrdə Şuşada, Şamaxıda kütləvi kitabxanalar açıldı. XX əsrin əvvəlində Azərbaycanda neft yataqlarının öyrənilməsində rus geoloqları V.Qolibyatnikov və İ.Qubkin böyük xidmət göstərdilər. Azərbaycanlı alim-mühəndislər: M.Xanlarov, F.Rustəmbəyov, A.Mirzəyev müxtəlif elmi laboratoriyalarda çalışırdılar. 1904-cü ildəRəşid bəy İsmayılov“Müxtəsər Qafqaz tarixi” adlı əsər yazdı. O, A.Bakıxanovun yolu ilə gedərək, mənbələrə və arxiv sənədlərinə istinad etmişdi. Bu dövrdə H.Ş.Mollazadə “Zübtətüt-təvarüx” əsəriniyazdı. Mirzə Rəhim Əliyev və İbrahim ağa Vəkilovtorpoqrafik xəritələr çəkməklə məşhur oldular. 1910-cu ildəQafur Rəşad Mirzəzadə“Qafqaz coğrafiyası” əsərini çap etdirdi. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanda 275 adda jurnal və qəzet nəşr edilirdi. Bu dövrdə mətbuat ideya istiqamətinə görə: 1)demokratik; 2)milli burjua; 3)bolşevik mətbuatına bölünürdü. Bolşevik mətbuatına “Bakinski raboçi”, “Dəvət”, “Hümmət”, “Yoldaş” qəzet və jurnalları aid idi. Demokratik mətbuata M.Şahtaxtinskinin 1903-1905-ci illərdə Tiflisdə nəşr etdirdiyi “Şərqi-Rus” qəzeti, C.Məmmədquluzadənin 1906-ci ildə Tiflisdə nəşrə başladığı “Molla Nəsrəddin” jurnalı aid idi. Jurnal 1917-ci ildən sonra Təbrizdə, Bakıda nəşr edildi. Satirik jurnallara “Zənbur”, “Babayi-Əmir”, “Bəhlul”, “Tuti”, “Arı” adlı jurnallar aid idi. Uşaqlar, valideynlər, maarif işçiləri üçün “Dəbistan”, “Rəhbər”, “Məktəb” jurnalları nəşr edilirdi. Milli burjua mətbuatına “Həyat”, “İrşad”, “Tərəqqi”, “Nicat”, “İşıq”, “Füyuzat”, “Şəlalə”, “İqbal”, “Açıq söz” adlı qəzet və jurnallar aid idi. X.Əlibəyovanın redaktoru olduğu “İşıq” jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Ə.Hüseynzadənin redaktorluğu ilə nəşr olunan “Füyuzat” jurnalı, Haşım bəy Vəzirovun nəşr etdiyi “Tazə həyat” qəzeti çarizmin müstəmləkəçi siyasə-tini tənqid edirdi. 1905-ci ildə C.Məmmədquluzadə və Ö.F.Nemanzadə Tiflisdə “Qeyrət” mətbəəsi yaratdılar.



Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin