1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


XIX əsrin II yarısında Azərbaycan kənd təsərrüfatında kapitalizmin inkişafı



Yüklə 109,81 Kb.
səhifə3/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   2   3   4   5   6   7   8   9   ...   17
Tarix (semestr)

5.XIX əsrin II yarısında Azərbaycan kənd təsərrüfatında kapitalizmin inkişafı.
1870-ci il kəndli islahatından sonra kənd təsərrüfatında kapitalizmin inkişafı sürətləndi və aşağıdakı dəyişiklər baş verdi: 1)əkinçilikdə təkmil alətlərin tətbiqi genişləndi; 2)ticarət əkinçiliyi, xüsusən texniki bitkilər əkini geniş miqyas aldı; 3)kənd təsərrüfatı məhsulu istehsalında ixtisaslaşma başlandı; 4)muzdlu əmək tətbiqi artdı; 5)torpağın alqı-satqı obyektinə çevrilməsi gücləndi.Təkmil əkinçilik alətlərin tətbiqində 1850-ci ildə Tiflisdə yaradılmış “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” mühüm rol oynadı. Təkmil alətləri daha çox varlı kəndlilər, Rusiyadan köçənlər tətbiq edirdilər. İslahatdan sonrakı dövrdə Azərbaycanın hər yerində taxıl əkinləri genişləndi. Yararlı torpağın dörddə üç hissəsində buğda və arpa əkilirdi. Yelizavetpol quberniyası Azərbaycanın taxıl anbarı sayılırdı. Lənkəran və Nuxa qəzaları çəltik əkini üzrə ixtisaslaşmışdı. Quba qəzasında qızılboya əkini əsas yer tuturdu. Yalnız 1869-cu ildəalizarin adlı süni boyaq maddəsi kəşf olunduqdan sonra bu sahə tənəzzülə uğradı. Barama istehsalı ilə Nuxa-Zaqatala, Qarabağ-Naxçıvan, Şamaxı-Quba bölgələrində daha çox məşğul olurdular. Bu dövrdə aşağı növ barama Marsel, Lion və Milan şəhərlərinə göndərilirdi. 1887-ciildə Tiflisdə“Qafqaz ipəkçilik stansiyası” yaradılması və Azərbaycan şəhərlərində onun şöbələrinin açılması ipəkçilikdə böyük canlanma yaratdı. Ölkəmizdə sənaye pambıqçılığıXIX əsrin 80-ci illərindən başladı. Pambıq əkini Kür çayı boyu qəzalarda geniş yayılmışdı. Pambıq əkini H.Z.Tağıyevin satın aldığı “Yevlax mülkü”ndə muzdlu əmək tətbiq etməklə aparılırdı. Bu dövrdə tütün əkini də çoxaldı. Tütün daha çox Zaqatala, Nuxa və Quba bölgələrində becərilirdi.
6. 19-cu əsrin Azərbaycan Mədəniyyəti
1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərkibinə daxil olması bütün Qafqazın rusların əsarəti altına
keçməsinin əsasını qoydu. Qafqaz, xüsusən də Gürcüstan əhalisinin o zaman əsas hissəsini Azərbaycanlılar təşkil edirdi.Qarabağın Gülüstan kəndində 1813-cü il, oktyabrın 12-də Rusiya ilə İran dövlətləri arasında bağlanan sülh müqaviləsinə görə İran hökuməti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlıqlarından, Şərqi Gürcüstana və Dağıstana olan iddialarından əl çəkdi. 1826-cı ildə qərb dövlətləinin təhriki ilə sonradan İran bu müqaviləni pozaraq Rusiya ilə iki illik müharibəyə başladı. Lakin İran bu müharibəni də uduzaraq 1828-ci il fevralın 10-da Rusiya ilə «Türkmənçay» müqaviləsini bağladı. Həmin müqavilə ilə də İran Şimali Azərbaycan üzərində rusiyanın nəinki hakimiyyətini təsdiq etdi, üstəlik Naxçıvan və İrəvan xanlıqlarını da ona verdi. Bu müqavilə əsasında vahid Azərbaycan iki yerə parçalandı – şimal hissə Rusiyanın, Araz çayının cənub hissəsi isə İranın tərkibinə daxil edildi. Bütün bu müharibələr, parçalanmalar Azərbaycanın iqtisadiyyatı kimi mədəniyyəti və mənəviyyatına da təsir etdi. Azərbaycanın həm maddi həm də mənəvi mədəniyyəti talan edildi, parçalandı.



Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin