1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


XIX əsrin 40-cı illərində Qafqazda islahatlar



Yüklə 109,81 Kb.
səhifə2/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   2   3   4   5   6   7   8   9   ...   17
Tarix (semestr)

3.XIX əsrin 40-cı illərində Qafqazda islahatlar.
Komendant idarə üsulunun ləğv edilməsini və burada inzibati-məhkəmə sistemində islahatlar keçirilməsini 30-cu illərin əvvəlində Paskeviç, 30-cu illərin sonunda qraf Vasilçikov və Qan irəli sürdülər Çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati-məhkəmə islahatı haqqında qanun verdi. Bu qanunla: 1)komendant idarə üsulu ləğv edildi; 2)Cənubi Qafqazda Ümumrusiya inzibati ərazi bölgüsü: quberniya-qəza-nahiyə tətbiq edildi, Gürcüstan-İmeretiya quberniyası (mərkəzi Tiflis) və Xəzər vilayəti (mərkəzi Şamaxı) yaradıldı. Bu inzibati bölgü ilə Azərbaycanın ərazi bütövlüyü və tarixi sərhədləri pozuldu: Qazax, Şəmşəddil, Borcalı nahiyələri, Gəncə, Naxçıvan, İrəvan qəzaları, Car-Balakən dairəsi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi. 1840-cı il 10 aprel qanununa görə Ümumrusiya qanunları əsasında fəaliyyət göstərən quberniya, vilayət və qəza məhkəmələri yaradıldı. Azərbaycanda şəriət məhkəmələri saxlandı və onlar kəbin-talaq və vərəsəlik məsələləri ilə məşğul ola bilərdilər. Bu inzibati-məhkəmə islahatı yerli imtiyazlı təbəqənin hüquqlarını əlindən aldı, torpaqlarının müsadirə olunmasına gətirib çıxardı. 1841-ci il aprelin 25-də verilən qanunla Qazax, Şəmşəddil və Borçalı nahiyələrində yaşayan ağalar torpaq sahibliyindən və həmin torpaqda yaşayan kəndlilər üzərindəki hüquq-larından məhrum edildilər. 1841-ci il mayın 28-də verilən qanunla Xəzər vilayətində bəylərin tiyul torpaqları müsadirə olunmağa, özləri də kənd idarəçiliyindən uzaqlaşdırılmağa başlandı.
4.XIX əsrin II yarısında Azərbaycanda burjua islahatları.
XIX əsrin II yarısında Mərkəzi Rusiyada kapitalist münasibətlərinin sürətli inkişafı müstəmləkə ucqarlarına, xüsusən Azərbaycana güclü təsir etdi. XIX əsrin 60-cı illərinə kimi Şimali Azərbay-canda aşağıdakı amillər neft sənayesinə mənfi təsir edirdi: 1)iltizam sistemi; 2) Balaxanı kəndli-lərinin məcburi əməyindən istifadə edilməsi; 3)neft məhsullarına təlabatın azlığı; 4)neft mənbə-lərdən istifadə qaydalarının tənzimlənməsi. 60-cı illərdən başlayaraq Mərkəzi Rusiya sənaye müəssisələrində neftdən istifadə genişləndi. Neft məhsullarına təlabatın artması ilə əlaqədar Bakıda neft emalı sənayesi yarandı. 1859-cu ildə rus kapitalistləri Suraxanıda ilk ağ neft istehsal edən zavod inşa etdilər. 1861-ci ildə Pirallahı adasında parafin zavodu işə salındı. Azərbaycanlı iş adamı Cavad Malikov öz layihəsi əsasında 1863-cü ildə ağ neft zavodu inşa etdirdi.
Moskva sənayeçiləri Nuxada 1861-ci ildə ipək fabriki inşa etdilər. Avropada ən böyük ipək emalı müəssisəsi olan bu fabrikin məhsulu 1862-ci ildə Londonda ümumdünya sərgisinin medalına layiq görülmüşdü, 1866-cı ildə Naxçıvanda Aşağı Əylis kəndində Fransadan alınmış dəzgahlarla təchiz edilimiş ipək fabriki işə salındı. Alman kapitalisti Simens Gədəbəy misəritmə zavodunu satın alıb texniki cəhətdən yenidən qurdu. Rusiyanın ən iri mis zavoduna çevrilən bu müəssisə 1865-ci ildə işə salındı. 1864-cü ildə Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyi ləğv edildi. Sonra Naxçıvanın daş duz mədənlərində və Zəylik zəy zavodunda kəndlilərin icbari əməyinə son qoyuldu. Bundan sonra dağ-mədən sənayesində bütünlüklə muzdlu əməkdən istifadəyə başlandı.Çar hökuməti 1865-ci ildə Şimali Azərbaycanda feodal asılı münasibətlərə zərbə vuran bir addım atdı: kənd cəmiyyətləri haqqında qanun verdi. Bu qanuna görə bəylər kəndin inzibati-məhəkəmə işlərindən uzaqlaşdırıldı, vahid kənd idarəsi yaradıldı. Kənd idarəsinə 3 il müddətinə yaşı 25-dən yuxarı olan kəndlilər seçilə bilərdi.



Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin