1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


Azərbaycan Birinci dünya müharibəsi dövründə



Yüklə 109,81 Kb.
səhifə5/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   2   3   4   5   6   7   8   9   ...   17
Tarix (semestr)

8.Azərbaycan Birinci dünya müharibəsi dövründə.
Birinci dünya müharibəsi 1914-cü il avqustun 1-də Antanta (İngiltərə, Fransa və Rusiya) ilə Üçlərittifaqı (Almaniya, Avstriya-Macarıstan və İtaliya) arasında başlandı. Hər iki təcavüzkar hərbi-siyasi blok dünyanı yenidən bölüşdürmək uğrunda bu işğalçı, ədalətsiz müharibəyə hazırlaşarkən Azərbaycana xüsusi diqqət yetirirdi. Müharibə ərəfəsində Azərbaycan nefti uğrunda alman və ingilis inhisarlarıarasında rəqabət daha da gücləndi. Rusiya 1914-cü il oktyabrın 20-də Osmanlı dövlətinə müharibə elan etdi. Əsas döyüşlər Qafqaz cəbhəsində başlandı. Osmanlı dövləti Qars-Batum istiqamətində hücuma başladı, eyni zamanda Cənubi Azərbaycana soxulmuş rus hərbi qüvvələrinə qarşı qoşun yeritdi. Ənvər paşanın başçılıq etdiyi Osmanlı qüvvələri Sarıqamış əməliyyatında rus ordusunu məhv etməyi planlaşdırırdı. Lakin dekabrın 4-dən 1915-ci il yanvarın 18-nə kimi baş verən bu əməliyyatda Osmanlı ordusu ağır məğlubiyyətə uğradı. Səbəbi rusların canlı qüvvə və hərbi texnika cəhətdən üstünlüyü idi. Bu qələbədən sonra rus ordusu Cənubi Azərbaycana soxuldu, Osmanlı qüvvələrini qovub çıxardı, Təbrizi işğal etdi. Birinci dünya müharibəsi dövründə rus ordusu sıralarında 200 nəfərdən çox azərbaycanlı zabit qulluq edirdi. İgidliyinə görə Teymur Novruzov Rusiyanın ali mükafatı -“Müqəddəs Georgi” ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov Vilnüs səmasında düşmən təyyarəsini məhv etdi, özü də igidliklə həlak oldu. Ölümündən sonra “Müqəddəs Georgi” ordeni ilə təltif edildi. Müharibə dövründə azərbaycanlı generallarSəməd bəy Mehmandarov, Əliağa Şıxlıniski, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Vəkilov hərbi istedadları ilə məşhurlaşdılar. S. Mehmandarov və Ə.Şixlınski 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsi dövründə Port-Arturun müdafiəsində igidlik göstərmişdilər. Buna görə S.Mehmandarov qızıl silahla mükafatlandırıldı, Ə. Şixlınski “rus artilleriyasının allahı” adlandı. S.Mehmandarov 1914-cü ilin yayında Lodz əməliyyatında alman ordusunu məğlub edib öz diviziyasını mühasirədən çıxardı və bu qələbədən sonra vəzifəsi böyüdüldü, II Qafqaz ordusuna korpus komandanı təyin edildi. Ə.Şıxlınskiyə müharibə başladıqdan sonra Petroqradın toplarla müdafiəsi tapşırıldı. 1917-ci ildə isə o, 10-cu ordu komandanı təyin edildi. H.Naxçıvanski 2-ci süvari diviziyasının komandanı kimi Cənub-qərb cəbhəsində döyüşürdü. İ.Vəkilov ordu qərargahında xidmət edirdi. Onun oğlu polkovnik Qalib Vəkilov mühəndis alayında qulluq edirdi və igidliyinə görə “Müqəddəs Georgi” ordeni ilə təltif edildi.



Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin