1. XIX əsrin I yarısında Azərbaycana erməni,rus və almanların köçürülməsi


Azərbaycan Xalq Cümhuriyyətinin yaranması



Yüklə 109,81 Kb.
səhifə8/17
tarix07.01.2024
ölçüsü109,81 Kb.
#202890
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Tarix (semestr)

11.Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.
1918-ci ilin yazında iki amil: 1)Cənubi Qafqaz hökumətinin Osmanlı imperiyasına müharibə elan etməsi; 2)azərbaycanlıların soyqırıma məruz qalması milləti xilas etmək üçün müstəqil dövlətyaradılmasını zəruri edirdi. Seymin Azərbaycan fraksiyası Osmanlı dövlətinin yardımına ümid bəsləyirdi. Mayın 26-da Cənubi Qafqaz Seyminin son iclasında gürcü fraksiyası federasiyadan çıxmaq və müstəqil Gürcüstan Respublikası yaradılması haqqında bəyanat verdi. Bununla Seym buraxıldı. Mayın 27-də Azərbaycan franksiyası Müvəqqəti Milli Şura yaratdı( sədri M. Ə. Rəsulzadə). Mayın 28-də Milli Şura Tiflisdə Azərbaycanın müstəqiliyini elan etdi, “İstiqlal bəyannaməsi” qəbul etdi. Bəyannamədə ali hakimayyətin Azərbaycan xalqına məxsus olması qeyd olundu. Ilk dəfə ABŞ-ın İstiqlal bəyannaməsində (4 iyul 1776) və Fransada “İnsan və vətəndaşın hüquq bəyanaməsində” (26 avqust 1789) bu müddəa əks olunmuşdur. Bayannamədə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldığı, siyasi quruluşun parlamentli respublika olması qeyd edildi. Ilk qanunverici orqan Milli Şura oldu. Mayın 28-də Milli Şura ilk Azərbaycan hökumətinin tərkibini təsdiq etdi. Fətəli xan Xoyskiilk hökumətin başçısı-Nazirlər Şurasının sədri oldu. O, mayın 30-da radioteleqramla müstəqil AXC yaradılması haqqında məlu-matı xarici dövlətlərin başçılarına bildirdi. Azərbaycan müsəlman şərqində ilk demokratik respublika idi. AXC-nin ilk uğurlu xarici siyasət addımıiyunun 4-də Batumda Osmanlı dövləti iləSülh və dostluq müqaviləsi bağlaması oldu. Bununla Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Osmanlı dövləti oldu.
Müqavilənin 4-cü bəndinə görə Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü. Azərbaycan tərəfindən müqaviləni imzalayan M.Ə.Rəsulzadə və Xarici işlər naziri M.H.Hacınski Osmanlı dövlətindən hərbi yardım istədilər. İyunun əvvəlində Nuru paşanın başçılığı ilə Osmanlı dövlətindən hərbi hissələr Azərbaycana - Gəncəyə daxil oldu və buradakı Müsəlman korpusu ilə birlikdə Qafqaz İslam Ordusu yaradıldı.



Yüklə 109,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin