13.XX əsrin 20-30-cu illərində Azərbaycanda sosialist dəyişikliklər. XX əsrin 20-ci illərinin ikinci yarısından Azərbaycanda, bütün SSRİ-də olduğu kimi sosialist yenidən qurması başlandı. Onun əsas istiqamətləri: sənayeləşdirmə, kənd təsərrüfatının kollektivləşdirilməsi, mədəni inqilab idi. Bu dövrdə planlaşdırma və idarəçilikdə sərt mərkəzləşdirmə, Kommunist Partiyasının ağalığının təmin edilməsi başlandı. 1925-ci ilin dekabrındasosialist sənayeləşdirilməsi xətti irəli sürüldü. Rusiyada üstünlük ağır sənayeyə, maşınqayırmaya və hərbi sənayeyə verildiyi halda, Azərbaycanda əsas üstünlük neft sənayesinə və elektrik enerjisi istehsalına yönəldildi, bir neçə yüngül sənaye müəssisəsi də yaradıldı. Sənayeləşdirmə üçün vəsait kəndlilər üzərinə ağır vergi qoymaq, müsadirə, istiqraz yaymaq yolu ilə toplandı. Bu dövrdə SSRİ-nin başlıca duru yanacaq-neft bazası Bakıidi. 1937-ci ildə ölkədə hasil olunan neftin 76 faizini Bakı verirdi, SSRİ də neft istehsalına görə dünyada 2-ci yerə çıxmışdı. Sənayeləşdirmə dövründə Bakıda neftayırma və neft maşınqayırması, karbid zavodları, Lənkəran və Ordubadda konserv zavodları, Gəncədə toxuculuq kombinatı, Şəki, Füzuli, Xankəndi və Salyanda su elektrik stansiyaları işə salındı, Bakı-Batum neft kəməri, Ələt-Culfa dəmir yolu çəkildi. SSRİ-də ilk dəfə Bakıda 1926-cı ildə şəhərlə neft rayonları arasında elektrik dəmir yolu çəkildi. Sənayeləşdirmə nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi.
14..XX əsrin 30-cu illərində Azərbaycanda kütləvi repressiyalar. 1937-ci ildəAzərbaycan SSR-nin yeni kostitusiyası qəbul edildi. Vətəndaşlara formal surətdə geniş hüquqlar verildi. Bu kostitusiya ilə xalqın türk adı dəyişdirilib azərbaycanlı adlandırldı. 1937-ci ildəkütləvi repressiya tətbiq edildi: H.Cavid, M.Müşfiq, Ə.Cavad və digər ziyalılar, dövlət xadimləri, bütövlükdə 29 mindən çox adam “xalq düşməni” elan edilərək güllələndi və ya Sibirə sürgün edildi. Azərbaycanın daxili işlər, prokurorluq orqanlarında ermənilərin çoxluq təşkil etməsi repressiyanı daha qanlı etdi. 1938-1940-cı illlərdə vaxtilə çörək dalınca Azərbaycanın Cənubundan Şimalına gələnlər İrana deportasiya edildi.M.Ə.Rəsulzadə 1923-cü ildə Türkiyədə Müsavat partiyasının Xarici Bürosunu yaratdı, Siyasi mühacirləri birləşdirmək üçün 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzi, Qərbi Avropada isə İstiqlal komitəsi yaradıldı.