Ədəbiyyat
XX əsrin əvvəllərində çox sürətlə inkişaf edən Azərbaycan
ədəbiyyatında tənqidi realizm apancı istiqamətə çevrilmişdi. Bu ədəbi
istiqamətin əsas məqsədi mütləqiyyət idarə üsulunu ifşa etməkdən və qabaqcıl
ictimai - siyasi ideyaları yaymaqdan ibarət idi.
Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olan görkəmli ədibimiz
Cəlil Məmmədquluzadənin (1869 - 1932) "Poçt qutusu", "Usta Zeynal",
"Qurbanəli bəy" hekayələri və "Ölülər" pyesi ədəbiyyatımızın qızıl fonduna
daxil edilmişdir. Bu əsərlərdə yazıçı çar hökumətinin müstəmləkə siyasətini.
Şərq despotizmini kəskin tənqid etməklə kifayətlənməmiş, hər cür özbaşınalığa
və xalqın hüquqsuz vəziyyətə salınmasına qarşı çıxmışdır.
XX əsr Azərbaycan ədəbiyyatında realist şerin ən böyük zirvəsini
Mirzə Ələkbər Sabir (1862 - 1911) fəth etmişdir. Böyük şairin yaratdığı "Sabir
ədəbi məktəbi"nin Mirzə Əli Möcüz, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi çox
qüdrətli nümayəndələri Azərbaycan satirik şerinin ən gözəl nümunələrini
yaratmışlar. Sabir ən yaxşı şerlərini xalqa həsr etmişdir. Onun şeir
246
lərində xalqımızın istək və arzuları, azadlıq ideyalan tərənnüm olunmuşdur. Hər
cür zülmə və ictimai ədalətsizliyə qarşı çıxan şair şerlərində çar hökumət
orqanlarının özbaşınalıqlarını və məmurların rüşvətxorluğunu ifşa etmişdir.
Xalq azadlıq hərəkatını alqışlayan şair mütləqiyyət quruluşunu, Şərq
ölkələrində mövcud olan sultan və şah rejimlərini kəskin satira atəşinə
tutmuşdur.
XX əsr Azərbaycan ədəbiyyatında realizmin inkişafında Əbdürrəhim
bəy Haqverdiyevin xidmətlərini unutmaq olmaz. 1907-ci ildə yazdığı "Ağa
Məhəmməd şah Qacar" əsərində bir despotun böyük bir xalq üzərində ağalıq
etdiyi mürtəce idarə quruluşu tənqid olunmuşdur. Yazıçımn bu əsəri uzun
müddət Azərbaycanın teatr səhnəsindən düşməmişdi. Ə.Haqverdiyevin
"Xortdanın cəhənnəm məktubları", "Marallarım", "Bomba" kimi yüksək bədii
dəyəri ilə seçilən əsərləri klassik Azərbaycan nəsrinin çox qiymətli inciləri
hesab olunur.
Realist nəsrin başqa bir nümayəndəsi olan Məmməd Səid Ordubadi
1907-
ci ildə "Bədbəxt milyonçu" əsərini çap etdirərək milli romanın ilk
nümunəsini yaratmışdır. Tənqidi realizmin nümayəndələrindən biri olan
Əliqulu Qəmküsar Cənubi Azərbaycanda və Türkiyədə baş verən inqilabi
hadisələrə çoxlu şeir həsr etmişdir. "Molla Nəsrəddin" məktəbinin başqa bir
nümayəndəsi Əli Nəzmi də dövrün ictimai-siyasi problemlərini diqqətdən
kənarda qoymamış, əsərlərində Rusiya hökumətinin yeritdiyi milli ayn- seçkilik
siyasətini kəskin şəkildə tənqid etmişdir. Şair yazırdı:
Ölkəmizdə mövcud olan hürriyyət.
Millətlərə böylə edilsin qismət.
Qreklərə hər nə desə, çal çəpik
Azərbaycan türklərinə vur təpik.
Ağ ruslara mümtaziya, ağalıq
Ermənilərə imperiyada darğalıq.
Azərbaycanda bir neçə romanın müəllifi kimi tamnan Təbrizli Mirzə
Əbdürrəhim Talıbov böyük ədib olmaqla yanaşı, həm də məşhur alim və
publisist idi.
Ədəbiyyatımızda mütərəqqi romantizmin Məhəmməd Hadi, Hüseyn
Cavid, Abbas Səhhət, Abdulla Şaiq kimi nümayəndələri əsərlərində Rusiya
hökumətinin müstəmləkəçilik siyasətini ifşa etməklə kifayətlənməyərək
Vətənimizin azadlığı ideyasını tərənnüm edirdilər.
İncəsənət,
XX əsrin əvvəllərində Azərbaycan incəsənəti özünün yeni bir
inkişaf mərhələsinə daxil oldu. İncəsənətin ən çox inkişaf etmiş sahələrindən
biri milli teatr sənəti idi. 1904-cü ildə "Müsəlman dram artistləri cəmiyyəti"
yaradılmışdı. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Sidqi
Ruhulla, Hüseynqulu Sarabski və başqaları Azərbaycan milli teatrının ən
istedadlı aktyorları səviyyəsinə qalxmışdılar. Teatr tariximizdə milli səhnənin
ilk peşəkar aktyoru Hüseyn Ərəblinski 1916-cı ildə C.Məmməd- quluzadənin
"Ölülər" pyesini tamaşaya qoymuş və həmin ildə "Neft və milyonlar
səltənətində" adlı Azərbaycan filminin çəkilişində yaxından iştirak
247
etmişdi.
Azərbaycan teatrının repertuarında əsas yeri milli dramaturqlarımızdan
Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri tutsa da,
Avropa klassiklərindən F.Şillerin "Qaçaqlar", V.Şekspirin "Otello" əsərləri də
tamaşaya qoyulurdu.
1909-cu ildə Şimali Azərbaycandan olan aktyorların yaxından
köməyilə Təbrizdə teatr təşkil olunmuşdu. Tarixi paytaxtımız Təbriz şəhərində
ilk teatr binası 1916-cı ildə tikilmişdi. 1912-ci ildə səhnə fəaliyyətinə başlayan
Şövkət Məmmədovanı təqib və hədə - qorxular belə, seçdiyi yoldan döndərə
bilmədi. Ş. Məmmədovaya qədər Azərbaycan səhnəsində qadın rollarını da
kişilər oynayırdılar.
XX əsrin əvvəllərində Azərbaycan musiqi sənəti də öz inkişafında yeni
bir mərhələyə daxil oldu. Azərbaycanın qədimdən xalq musiqisi növü olan aşıq
sənətinin Əsəd Abbasqulu, Hüseyn Bozalqanlı, Aşıq Qurban kimi məşhur el
sənətkarları yetişmişdi. Musiqimizin başqa bir qolu olan muğam sənətinin
inkişafında xanəndələrdən Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Mirzə
Muxtar, Məşədi Cəmil, Seyid Mirbabayev, Ələsgər Abdullayev, tarzən Qurban
Pirimov kimi nümayəndələri milli musiqimizin inkişafında mühüm rol
oynayırdılar. Adı çəkilən xanəndələrdən biri - Cabbar Qaryağ- dıoğlu (1868 -
1944) böyük bir bəstəkar, musiqi yaradıcısı və ustad sənətkar kimi tanınmışdı.
Təsadüfi deyil ki, onu "müasir muğam sənətimizin babası" adlandınrlar. Böyük
rus şairi Yesenin 64 yaşlı bu ustad xanəndəni dinləmiş və heyrətə gələrək onu
"Şərq musiqisinin peyğəmbəri" adlandırmışdı. Dünyada məşhur olan rus
musiqiçisi, səsinin böyük tembri ilə tanınan F.Şalyapin Cabbar Qaryağdıoğlu
ilə səsinin gücünü yoxlamaq üçün şamı söndürmə yarışına girmiş və
uduzmuşdu. Cabbar Qaryağdıoğlunu və Keçəçi oğlu Məhəmmədi tarda
müşayiət edən tarzən Mirzə Fərəc bu musiqi alətinə altıncı ağ kök simini əlavə
etmişdi. Cənubi Azərbaycan torpağının yetirməsi olan Əbülhəsən xan Azər
bütün Qafqazda tanınmış ustad xanəndələrdən biri idi.
Milli musiqimizin inkişafında məşhur bəstəkarımız Üzeyir
Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Onun yaratdığı ilk milli operamız
olan "Leyli və Məcnun " 1908-ci il yanvarın 12-də Bakıda tamaşaya
qoyulmuşdu. Milli operanın yaradılması təkcə Azərbaycanda deyil, bütün
Müsəlman Şərqində çox böyük tarixi və mədəni hadisə idi. Bu operadan sonra
Ü.Hacıbəyov 1909 - 1916-cı illərdə 5 opera və 3 musiqili komediya yaratmışdı.
"Əsli və Kərəm" operası, "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili
komediyaları müəllifinə böyük şöhrət qazandırmışdır.
Bəstəkar Zülfüqar Hacıbəyov bir neçə opera və musiqili komediya
yaratmışdı. Digər bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə Bakıda
tamaşaya qoyulmuş "Şah İsmayıl" operası Azərbaycan musiqi sənətinin qızıl
fonduna daxil edilmişdir.
XX əsrin əvvəllərində Azərbaycanın ilk jıeşəkar rəssamı Bəhruz
248
Kəngərli (1892 - 1922) 1915-ci ildə Zaqafqaziyada yeganə olan Tiflis
Rəssamlıq Məktəbini bitirmişdi. Cəmi 30 il ömür sürmüş rəssamdan 300-dən
çox rəsm əsəri və karikatura qalmışdır,
Azərbaycanda satirik qrafikanın inkişafında böyük rol oynayan rəssam
Əzim Əzimzadə (1880 - 1943) "Molla Nəsirəddin " jurnalında 20 ildən çox
əməkdaşlıq etmişdi. Onun 1914-cü ildə böyük şairimiz M.Ə.Sabirin "Hop -
Hopnamə"sinə çəkdiyi illüstrasiyalar rəssama böyük şöhrət qazandırmışdı.
XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq sənəti
milli və Avropa memarlıq ənənələri əsasında inkişaf edərək yüksək səviyyəyə
çatmışdı. Ali təhsil almış ilk azərbaycanlı memarlar Zivər bəy Əhməd- bəyov,
İsmayıl bəy Hacınski və başqaları o dövrün görkəmli memarları kimi tanınan
t.Qoslavski, İ.Ploşko və başqaları ilə çiyin - çiyinə çalışırdılar. Bu çalışmaların
nəticəsində Bakıda milli romantik üslubda Musa Nağıyevə məxsus məşhur
"İsmailiyyə" binası, H.Z.Tağıyevə və Murtuza Muxtarova məxsus saraylar
tikilmişdi. Həmin tikililər XX əsr Azərbaycan memarlığının inciləri hesab
olunur.
XX əsrin əvvəllərində istifadəyə verilmiş Şəhər Dumasının, İctimai
Məclisin, Opera və Balet teatrının gözəl tərtibatlı binaları, "Təzə Pir" məscidi,
Tağıyevin qız məktəbi və başqaları Bakının yaraşığına çevrilmişdi.
Dostları ilə paylaş: |