1914-
cü ildə İngiltərə, Fransa və Rusiyanın daxil olduğu
Antanta
və
Almaniya, Avstriya - Macarıstan və İtaliyanın üzv olduğu
Üçlər ittifaqı
adlı iki
hərbi - siyasi blok arasında dünyamn yenidən bölüşdürülməsi, xammal bazası və
satış bazarlarının ələ keçirilməsi uğrunda
Birinci dünya müharibəsi
başladı.
1914-cü ilin oktyabrında
Rusiya ilə savaşa başlayan
Osmanlı imperiyası
1915-ci ildə bir müttəfiqi olduğu Almaniyanın başçılıq etdiyi
Dördlər
İttifaqının
əsas üzvlərindən birinə çevrildi. Hər
iki hərbi - siyasi blokun
müharibə planlarında həm Şimali, həm də Cənubi Azərbaycan və xüsusilə Bakı
nefti çox önəmli yer tuturdu. Almaniya Cənubi Qafqazla bağlı planlarım
Osmanlı imperiyası vasitəsilə reallaşdırmaq istəyirdi.
Böyük dövlətlərdən
yalnız Osmanlı imperiyasını Cənubi Qafqazın müsəlman -türk xalqlarının
gələcək taleyi ciddi şəkildə maraqlandırırdı.
Rusiyanın
müstəmləkə zülmü
altında əzilən müsəlman və
türk xalqları
rus əsarətindən
xilas yolunu məhz
Osmanlı dövlətinə arxalanmaqda görür və bütün ümidlərini Türkiyəyə
bağlayırdılar. Müharibə göstərdi ki, çar Rusiyasının milli və dini ayrı - seçkilik
siyasətinə məruz qoyduğu Azərbaycan xalqının içərisində heç bir dayağı
yoxdur, əksinə Şimali Azərbaycanda xalqın geniş təbəqələri arasında
antirus
əhval - ruhiyyəsi
getdikcə güclənməkdədir. Keçmiş "Difai" partiyasının
üzvlərinin Osmanlı dövlətinə 1915-ci ilin fevralında
nümayəndə kimi
göndərdiyi Aslan xan Xoyski hərbi nazir Ənvər paşadan müstəqil Qafqaz
müsəlman dövlətinin qurulmasına razılıq almalı idi. Ənvər paşa
Dostları ilə paylaş: