Azərbaycanın
müstəqil respublika kimi qurulması layihəsini
bəyənmişdi. Osmanlı
dövlətinin tarixi düşməni Rusiya müharibədə Türkiyəni bir dövlət kimi məhv
etməyə, ərazisini müttəfiqləri ilə bölüşdürməyə və Osmanlıda yaşayan
ermənilərə "muxtar ərazilər" yaratmağa çalışırdı.
Rusiya hökuməti azərbaycanlıları uzun müddət idi ki, hərbi xidmətə
çağırmırdı və kişi əhalisi üzərinə hərbi vergi qoymuşdu.
Çar hökuməti bu yolla
Azərbaycan türklərini silah işlətmək vərdişindən və döyüş təcrübəsindən
məhrum etmişdi.
Rusiya, hətta Azərbaycan türklərini müharibəyə səfərbər
etmiş olsaydı belə, onlann Qafqaz cəbhəsində Osmanlı dövlətinə qarşı
vuruşmayacağmı düşünməkdə tam haqlı idi. Çünki Azərbaycan əhalisində
Türkiyəyə böyük bir sevgi, Rusiya hökumətinə isə dərin bir nifrət hökm sürürdü.
Çünki hələ 1912 - 1913-cü illər Balkan savaşları zamanı Azərbaycandan çoxlu
sayda könüllünün Osmanlı tərəfində döyüşdüyünü yaxşı bilən Rusiya hökuməti
Cənubi Qafqazdakı ordusunda yalmz xüsusi erməni və gürcü milli hərbi
hissələri yaratmışdı. Daşnaklar da Osmanlıya qarşı aparılan döyüşlərə könüllü
hərbi dəstələr göndərirdilər.
Qafqaz cəbhəsində Osmanlıya qarşı 170 min əsgər və zabit, 350 dən
çox top cəmləşdirən Rusiya 1914-cü il dekabrın 9-dan 1915-ci ilin yanvarın
18-nə kimi davam edən
Sarıqamış döyüşündə
Osmanlı ordusunu məğlubiyyətə
uğratdı. Sarıqamış döyüşünə qədər
Qafqaz cəbhəsində
və
Cənubi
Azərbaycanda
üstünlük Osmanlı dövlətində idi. Ancaq Sanqamış döyü
240
şündən sonra 1915-ci il yanvarın 15-də Təbrizi tutan ruslar türk hərbi hissələrini
Cənubi Azərbaycandan sıxışdırıb çıxartdılar.
Çar höküməti azərbaycanlılardan hərbi xidmətə yalnız ali zümrənin
nümayəndələrini çağırırdı. Onlar hərbi məktəbləri bitirdikdən sonra zabit kimi
ordu sıralanna cəlb olunurdular. Müharibə dövründə rus ordusu və
donanmasında bəy, ağa nəslindən olan 200-dən çox azərbaycanlı zabit qulluq
edirdi. Bu zabitlərdən biri olub, Rusiya ordusunun artilleriya general -
leytenantı rütbəsinə qədər yüksələn Əliağa Şıxlinskini (1865 - 1943) ”Rus
artilleriyasının allahı*' adlandırırdılar. Birinci Dünya müharibəsi dövründə çar
II Nikolay Rusiya dövlətinin paytaxtı Peterburq şəhərinin toplarla müdafiəsini
ona etibar etmişdi. Topçuluq sənətini inkişaf etdirmiş bu azərbaycanlı general
Qərb cəbhəsində artilleriya qoşunlarının rəisi, sonra, hətta ordu komandanı
olmuşdu.
Daha bir azərbaycanlı sərkərdə, artilleriya general - leytenantı
Səmədbəy Mehmandarov (1857 - 1931) Qərb cəbhəsində 21-ci diviziyamn
komandanı olmuşdu. Onun başçılıq etdiyi diviziya 1914-cü ilin payızmda
Polşada "Lodz əməliyyatı” zamam alman qoşunlanna sarsıdıcı zərbə endirərək 2
rus ordusunu mühasirəyə düşmək rüsvayçılığından xilas etmişdi. Bu
qəhrəmanlığına görə Səmədbəy Mehmandarova tam artilleriya generalı rütbəsi
verilmiş və 1915-ci ildə o, II Qafqaz ordu korpusuna komandan təyin edilmişdi.
General - leytenant Hüseynxan Naxçıvanski (1863 - 1919) Qərb
cəbhəsində süvari (atlı) diviziyasına komandanlıq edirdi.
Başqa bir azərbaycanlı general İbrahim ağa Vəkilov ordu qərargahında
döyüş əməliyyatları xəritələrinin hazırlanması kimi çox çətin bir işə cəlb
olunmuşdu. Müharibə dövründə azərbaycanlı zabitlərdən general Səmədbəy
Mehmandarov, kapitan Tərlan Əliyarbəyov və Teymur Novruzov döyüşlərdə
qeyri - adi igidlik göstərdiklərinə görə "Müqəddəs Georgi” ordeninin müxtəlif
dərəcələrinə layiq görülmüşdülər. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa
Qayıbov 1916-cı ilin sentyabrında Vilnüs səmasında gedən döyüşdə almanların
4 təyyarəsindən 3-nü vurmuş və döyüşdə həlak olmuşdu. Ölümündən sonra o
"Müqəddəs Georgi" xaçı ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdu.
Müharibə başlayandan sonra Şuşada yaradılmış "Tatar süvari alayı"
Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi İkinsi süvari korpusunun
"Qafqaz yadelli süvari diviziyası"nın tərkibinə daxil edilmişdi.
Hökumət azərbaycanlıları cəbhələrdə döyüşmək üçün cəlb etməsə də,
1915-
ci il iyunun 15-də verilmiş çar fərmanına görə, 1 8 - 2 3 yaşlı 50 mindən
artıq azərbaycanlı gənc arxa cəbhədə yardımçı işlərin görülməsinə cəlb
olunmuşdu.
Birinci Dünya müharibəsi dövründə ölkənin iqtisadi vəziyyəti
Şimali Azərbaycan birbaşa hərbi əməliyyatlar meydanına çevrilməsə
241
də, Rusyanm qoşulduğu müharibə ölkəmizin iqsadiyyatına mənfi təsir
göstərmişdi. Neft sənayesində mövcud olan durğunluğu müharibə nəticəsində
böhran əvəz etmişdi. Qazma işləri 1914-cü ildəki 52 min sajendən 1917-ci ildə
24 min sajenə düşmüşdü. Hökumət və iri neft şirkətləri "neft aclığmı" aradan
qaldırmaq üçün bütün qüvvələrini səfərbər etməli olmuşdular. Bakıda 1913-cü
ildə 468 milyon pud neft çıxanlmışdısa, 1914-cü ildə bu rəqəm 431 milyon puda
enmiş, müəyyən artım hesabma 1915-ci ildə 451 milyon puda, 1916-cı ildə 470
milyon puda qabcsa da, 1917-ci ildə 402 milyon puda enmişdi.
Qazma işlərinin azalması ilə yanaşı, istehsalm metal və avadanlıqlarla
cəmi 30-50% həcmində təmin olunması, hasil olan neftin demək olar ki,
hamısının hökumət tərəfindən sabit qiymətlə satın alındığı şəraitdə neft
şirkətlərinin bu sahəyə əlavə kapital qoymadan böyük gəlir götürməsi neft
sənayesində durğunluğu daha da dərinləşdirmişdi. Neft hasilatının artmadığı bir
şəraitdə 6 iri neft səhmdar şirkətinin ümumi gəliri 1913-cü ildə 2,7 milyon
manatdan 1916-cı ildə 4,7 milyon manata çataraq 1,6 dəfədən çox artmışdı. Neft
sənayesində çalışan 13 min nəfərdən çox qeyri - azərbaycanlı (əsasən rus)
ixtisaslı fəhlənin orduya çağrılması və onların yerini kənddən gəlmiş təcrübəsiz
yerli fəhlələrin tutması əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olmuşdu.
Bütün bunlara baxmayaraq müharibə dövründə Rusiyada çıxarılan bütün neftin
80%-dən çoxu Azərbaycanın payına düşürdü. Təkcə Rusiyanın Hərbi Dəniz
Donanmasının ehtiyaclarını ödəmək üçün 1916-cı ilin mayından 1917-ci ilin
mayınadək Bakıdan 20 milyon pud neft məhsulları (benzin, kerosin və mazut)
göndərilmişdi.
Müharibə dövründə neft emalı üçün turşular istehsal edən 15 kimya
zavodunun böyük hissəsi hərbi məhsullar (toluol, benzol) buraxırdı. 1916-cı ildə
Bakıdakı 15 neft - yağ zavodunun 2-si, 9 yağ zavodunun isə 5-i işləyirdi.
1913-
cü ildə neftayırma zavodlarına emal üçün 320 milyon pud neft
verilmişdisə, 1917-ci ildə bu rəqəm 225 milyon puda düşmüşdü. Zavodlar bu
qədər neftin yalnız 69,5 milyon pudunu emal edə bilmişdilər.
Müharibə illərində neft sənayesində istehsalın təmərküzləşməsi daha da
güclənmişdi. Belə ki, 1915 - 1916-cı illərdə bütün çıxarılan neftin 38- 40%-i 6 iri
neft şirkətinin, neft emalı məhsullarının isə 33%-i üç iri şirkətin payına düşürdü.
Təsərrüfat dağınıqlığı şəraitində Şimali Azərbaycanda mis istehsalı
1914-
cü ildə 56 min puddan 1917-ci ildə 23 min puda düşmüşdü. Rusiya "Mis"
sindikatına daxil olan Gədəbəy misəritmə zavodunun məhsulları hərbi təyinatlı
yük kimi dəmir yolu ilə ilk növbədə yola salınırdı.
Müharibə illərində dövlət pambıqtəmizləmə, toxuculuq, gön - dəri və
yeyinti sənaye sahələrini nəzarət altına almaq üçün bir sıra təşkilatçılıq
tədbirlərinə əl atmışdı. 1915-ci ildə pambıq parça fabriklərini xammalla,
xüsusilə mahhcla təmin etmək, bu məhsul üzərinə vahid dövlət inhisar qiyməti
qoymaq və s. kimi mühüm məsələlərin həlli ilə birbaşa məşğul olan Xüsusi
Komitə yaradılmışdı. H.Z.Tağıyevin toxuculuq fabrikləri hökumətlə
242
bağlanan müqaviləyə əsasən təkcə 1915-ci ildə cəbhəyə 4 milyon arşın bez və
300 min arşın parusin parça göndərmişdi. Müharibənin ilk illərində tənəzzülə
uğramış ipək sənayesi 1915-ci ildə 27 milyon manat dəyərində 65 min pud xam
ipək istehsal etmişdi. Xam ipək məhsullarının böyük hissəsi Rusiyanın
ipəktoxuma fabriklərinə satılmışdı.
Cəbhə üçün işləyən gön - dəri sənayesini xammalla təmin etmək üçün
1915-ci ildə yaradılmış Xüsusi Komitə Gəncə və Bakıda gön - dəri tədarükü
üzrə komissiyalar təşkil etmişdi.
Müharibə dövründə tütün, spirtli içkilər və duz istehsalı edən
müəssisələr də dövlət inhisarına alınmışdı və cəbhənin ehtiyacları üçün
işləyirdi. Şimali Azərbaycanda ümumi səfərbərlik keçirməyən çar hökuməti
çağırış- çılar üzərinə xüsusi hərbi vergi qoymuşdu. Ancaq 1915-ci ildə arxa
cəbhədə yardımçı işlərdə istifadə etmək üçün 50 mindən artıq azərbaycanlı gənc
(18 - 23 yaş) səfərbərliyə alınmışdı. Nəticədə əmək qabiliyyətli kənd əhalisinin
30%-i təsərrüfat işlərindən ayrılmışdı. Üstəlik qaramalın, xüsusilə atların hərbi
işlə əlaqədar müsadirə edilməsi kənd təsərrüfatına ağır təsir göstərmişdi.
Azərbaycan üzrə əkin sahələri 1913-cü ildə 910 min desyatindən
1915-
ci ildə 620 min desyatinə düşmüş, taxıl istehsalı 50% azalmışdı, 1917- ci
ildə mal - qaranın sayı 480 min baş, davarın sayı isə 500 min baş azalmışdı.
Texniki bitkilərdən pambıq əkinləri 1914-cü ildə 104,3 min desyatindən
1917-ci ildə 37 min desyatinə düşərək 3 dəfədən çox azalmışdı. Barama
istehsalı isə 1914-cü ildə 261 min puda çatdığı halda, 1917-ci ildə 130 min puda
düşərək 2 dəfə azalmışdı.
Müharibə əhalinin güzəranına da çox ağır təsir göstərmişdi. Müharibə
illərində Bakıda yaşayış üçün ən zəruri ərzaq məhsullarının (çörək, süd, ət,
yumurta, yağ və s.) qiyməti azı 300%, çoxu 520% bahalaşmışdı. Azərbaycanın
Lənkəran, Şamaxı, Şuşa, Cəbrayıl, Qazax və başqa qəzalarında ərzaq
məhsullarının bahalaşması bir yana, çox zaman nəinki ət və qənd, hətta çörək də
bazardan yoxa çıxmışdı.
Belə ağır şəraitdə bir tərəfdən Bakıya dəmir yolu ilə taxıl məhsullarının
gətirilməsi yanbayan azalmış, Bakıda iri qoşun hissələri yerləşdirilmişdi.
Üstəlik Bakı şəhərinə Rusiyanın cəbhə rayonlarından hər gün yüzlərlə yaralı,
şikəst gətirilir, qaçqınlar axışıb gəlirdi. Bunun nəticəsi idi ki, Bakı şəhərinin
əhalisi 1913-cü ildə 338,5 min nəfər olduğu halda, 1915-ci ildə 407 min nəfərə
çataraq 69 min nəfərədək artmışdı. Bu da şəhərdə ərzaq böhranını daha da
dərinləşdirmişdi.
Beləliklə, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanın
müstəmləkə səciyyəsi daşıyan iqtisadiyyatı dərin tənəzzül və böhranla
üzləşmişdi.
Dostları ilə paylaş: |