haqqında qərar qəbul etmişdi. Komissarlığın tərk-silah üçün göndərdiyi
qüvvələrlə silahını vermək istəməyən rus əsgərləri arasında
Şəmkir
stansiyasında silahlı toqquşma oldu. Şəmkir stansiyası ətrafına silahları təhvil
almaq istəyən 10 minə yaxın azərbaycanlı toplaşmışdı və təbii ki, onlar da bu
toqquşmada iştirak etmişdilər. Azərbaycan türkləri həmin silahların bütün
Azərbaycanı ələ keçirməyi planlaşdıran Bakı Sovetinin və bolşeviklərin əlinə
düşəcəyindən haqlı olaraq həyəcan keçirirdilər. Azərbaycanlıları
gözdən
salmaq və onlara qarşı törətdiyi milli qırğınlara haqq qazandırmaq istəyən
S.Şaumyan Şəmkir hadisələrində bir neçə min
rus əsgərinin öldüyünü və
yaralandığını qəsdən ictimai rəyə sırımağa çalışsa da, əslində bu zaman 58 nəfər
ölmüş, 212 nəfər isə yaralanmışdı.
Bolşeviklər Rusiya Müəssisələr Məclisini qovduqdan sonra
Zaqafqaziya Komissarlığı Cənubi Qafqazda Ali Qanunverici orqanın
yaradılması üçün addımlar atmağa başladı. 1918-ci il fevral ayımn 10-da
qanunverici orqan olan Zaqafqaziya Seymi açıldı. Azərbaycanın
siyasi
partiyaları Seym- də 44 yer əldə etmişdilər. Həmin yerlərin 3 O-u seçkilərdə
Cənubi Qafqaz müsəlmanlarının 63%-nin səsini qazanmış "Müsavat"
Dostları ilə paylaş: