Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


-ci ildəki 2,9 milyon tondan, 1940-cı ildə 22,2 milyon tona



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə190/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   186   187   188   189   190   191   192   193   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

1920-ci ildəki 2,9 milyon tondan, 1940-cı ildə 22,2 milyon tona 
çatdmlmışdı. 
Buna bax 
293 


mayaraq Moskva Azərbaycanın "qara qızılının" istismar sürətindən narazı idi. 
1940-cı ildə SSRİ hökuməti Azərbaycanda neftin çıxarılması və emalının 
sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etmişdi. 
Sənayeləşdirmə illərində Azərbaycanda yeni olan kimya sənayesinin 
1926-cı ildə Bakı oksigen və yod - brom zavodu, 1930-cu ildə Suraxanı yod 
zavodu və s. kimi ilk müəssisələri istifadəyə verilmişdi. 1927-1940-cı illərdə 
onlarla su və istilik-elektrik stansiyalarının işə düşməsi nəticəsində 
Azərbaycanda elektrik enerjisi istehsalı 1920-ci ildəki 0,1 milyard kilovat 
saatdan 1,8 milyard kvt saata çatmışdı. Elektrikləşdirmə sovet dövlətinin 
Azərbaycanda həyata keçirtdiyi sənayeləşdirmə xəttində neft sənayesindən 
sonra ikinci sahə idi. 
Xalqın əsas istehlak mallarına tələbatını ödəmək üçün bu dövrdə daha 
çox qəzalarda yüngül və yeyinti sənaye müəssisələri inşa edilmişdi. Nəticədə 
Gəncə Azərbaycamn ikinci sənaye mərkəzinə çevrilmişdi. Sənayeləşdirmə 
illərində nəqliyyat sahəsində də müəyyən işlər görülmüşdü. 1926-cı ildə Bakı - 
Sabunçu elektrik dəmir yolu xətti işə düşmüşdü. Bu, SSRİ ərazisində elektriklə 
işləyən ilk dəmir yolu idi. 1940-cı ildə uzunluğu 409 km olan Bakı - Culfa dəmir 
yolu xəttinin çəkilişi başa çatdınimışdı. 1937-ci ildə Bakı ilə Moskva arasında 
müntəzəm hava uçuşlarına başlanılmışdı. 
Azərbaycan SSR-də zorakı kollektivləşmə xəttinin həvata keçirilməsi və 
ona qarsı mübarizə*
Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 5 may 
dekretində xan, bəy, ağa, vəqf və s. torpaqların müsadirə edilərək kəndlilərə 
paylanması nəzərdə tutulsa da, Azərbaycan Sovet hökuməti bu işin hansı 
qaydada həyata keçirilməsini müəyyənləşdirən "Torpaq Əsasnaməsi"ni xeyli 
sonra, 1923-cü ildə qəbul etmişdi. Azərbaycan kəndlisinin bir hissəsi Sovet 
hökumətinin müəyyənləşdirdiyi ölçüdə torpaq alsa da, digər hissəsi torpaqsız və 
aztorpaqlı vəziyyətində qalmışdı. Belə vəziyyətdə olan kəndlilər özgəsinin 
müsadirə edilmiş torpağını mənimsəməyin dinimizə görə "haram olduğunu" 
bildirərək ayrılan torpaq paylanndan imtina etmişdilər. 
SSRİ rəhbərliyi 1920-ci illərin sonlarında kəndli və torpaq məsələsinin 
həlli sahəsində tamamilə yeni bir siyasətə keçdi. Ümumittifaq Kommunist 
(bolşeviklər) Partiyasımn 1927-ci ilin dekabnnda keçirilmiş XV qurultayı bütün 
SSRİ ərazisində kənd təsərrüfatının kollektivləşdirilməsi xəttini elan etdi. 
Kollektivləşdirmə xətti fərdi kəndli təsərrüfatlarımn kollektiv təsrrüfatlarda 
birləşdirilməsini, kənd varlısı olan qolçomaqlara məxsus təsərrüfatlann ləğv 
edilməsini və kənddəki bütün torpaqlann ictimailəşdirilə- rək sosialist 
mülkiyyətinə çevrilməsini nəzərdə tuturdu. SSRİ-nin rəhbəri İ.V. Stalinin 
hazırladığı kolxoz quruluşu konsepsiyasında kollektiv təsərrüfatın 3 formasının 
yaradılması nəzərdə tutulmuşdu: 1. TOZ - kəndlilərin torpağı birgə şəkildə 
becərməsi; 2. Kommuna - kənddə istehsalın və hətta kəndlinin məişət həyatının 
ən yüksək səviyyədə ictimailəşdirilməsi. Bu zaman kəndlinin şəxsi 
təsərrüfatının mövcudluğuna yol verilmir, hətta ev 
294 


əşyaları və toyuq-cücəsi də ümumiləşdirilirdi. Kazarma tipli bu təsərrüfatda 
kəndlilər əsgərlər kimi bir yerdə işləyir və birlikdə də yeyirdilər; 3. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin