Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə198/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   194   195   196   197   198   199   200   201   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

İncəsənət və memarlıq,
Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 18 
may 
tarixli 
dekreti 
ilə incəsənət sahəsindəki bütün müəssisələr 
milliləşdirilmişdi. 1918-ci il mart soyqmmı zamanı erməni daşnakları tərəfindən 
yandırılmış Tağıyev teatrı 4 illik təmirdən sonra, 1922-ci ildə M.F.Axundovun 
"Hacı Qara" komediyasının tamaşası ilə istifadəyə verilmiş və həmin ildən bu 
teatr Azərbaycan Dövlət Dram Teatrı adlandırılmışdı. 1924-cü ildə Azərbaycan 
Opera və Balet Teatrı, 1931-ci ildə Kukla Teatrı, 1938-ci ildə isə 
302 


Musiqili Komediya Teatrı fəaliyyətə başlamışdı. 
1921 -ci ildə yaradılmış Konservatoriyaya azərbaycanlıların cəlb 
edilməsində Azərbaycanda peşəkar musiqinin banisi, dahi bəstəkarımız Üzeyir 
Hacıbəyov xüsusi rolu olmuşdur. 1927-ci ildə Ü.Hacıbəyov və M.Ma- qomayev 
"Azərbaycan türk xalq mahnıları" məcmuəsini nəşr etdirmişdilər. 
1937-ci ildə Ü.Hacıbəyovun "Koroğlu" operasının tamaşaya qoyulması 
ölkəmizin mədəni həyatında böyük hadisə oldu. 1920-30-cu illərdə Ü.Hacı- 
bəyovun rəhbərliyi altında Azərbaycanın ilk xoru və xalq rəqs ansamblı, ilk 
notlu Azərbaycan Xalq Çalğı Alətləri Orkestri, Filarmoniya, Simfonik Orkestr 
fəaliyyətə başlamışdı. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, 
Zülfi Adıgözəlov və başqalan Azərbaycanın milli musiqisinin inkişafında 
xalqımıza əvəzsiz xidmət göstərirdilər. 
Milli kinonun görkəmli xadimlərindən biri olan Şamil Mahmudbə- yovun 
rəhbərliyi ilə milli rejissor və aktyor kadrlarının hazırlanmasına başlanmışdı. 
1924-cü ildə ilk Azərbaycan sovet kinosu olan "Qız qalası" ekrana çıxmış və 
1926-cı ildə Azərbaycan Kinostudiyası işə başlamışdı. 1936-cı ildə isə 
Azərbaycanın ilk səsli "Mavi dənizin sahilində" filminin çəkilişi başa 
çatdırılmışdı. 1926-cı ildə Azərbaycan radiosu fəaliyyətə başlamışdı. 
Azərbaycanda incəsənətin rəssamlıq sahəsində yeni qrafika sənətinin 
yaranması və inkişafında Əzim Əzimzadənin xidmətləri böyük olmuşdur. 
Böyük ədiblərimiz M.F.Axundovun, C.Məmmədquluzadənin, Ü.Hacıbəyo- 
vun, Ə.Haqverdiyevin, H.Cavidin əsərlərinin teatr tamaşalarının bədii tərtibat 
işində Ə. Əzimzadənin rəssamlıq istedadı bir daha öz təsdiqini tapmışdı. 
1920-30-cu illərdə Azərbaycan dəzgah rəssamlığının inkişafı istedadlı 
rəssamımız Bəhruz Kəngərlinin adı ilə sıx bağlıdır. Bu dövrdə Azərbaycan 
sovet heykəltaraşlıq sənəti də yaranmış və inkişaf etməyə başlamışdı. 1922-ci 
ildə N.Nərimanovun təşəbbüsü ilə Bakıda böyük şairimiz M.Ə.Sabirə heykəl 
ucaldılmışdı. Sovet hökuməti Azərbaycanın ayn-ayn görkəmli şəxsiyyətlərinə 
heykəllər ucaltsa da, 20-30-cu illərdə və sonrakı dövrlərdə bütün əsas 
monumental abidələr 1920-ci ildə Azərbaycanı işğal etmiş Sovet Rusiyasının, 
sonralar isə SSRİ-nin rəhbərləri olan V.İ.Leninə, İ.V.Stalinə, 1918-ci ildə 
xalqımızı qanma qəltan etmiş erməni - daşnak quldurlan olan S.Şaum- yan, 
İ.Mikoyan və başqalarının adma ucaldılırdı. 
1918-ci il mart soyqırımının təşkilatçısı olan S.Şaumyanm başçılıq etdiyi 
Bakı Komissarlarının şərəfinə 1923-cü ildə Bakıda "26-lar" abidəsi qoyulmuş, 
Şaumyan və başqaları "xalq qəhrəmanları" səviyyəsinə qaldırılmışdı. Türk və 
müsəlmanların qanını tökmüş canilərin "xatirəsini əbədiləşdirmək üçün" 
Bakının ən çox qan tökülən küçələrinə onların adı verilmişdi. 1918-ci il 
soyqınmınm qurbanlarının dəfn edildiyi Bakıdakı Dağüstü qəbiristanlıq 
xalqımızın yaddaşından silinsin - deyə, sökülərək yerində park salınmış və 
1939-cu ildə burada 1921-ci ildən Azərbaycanın rəhbəri kimi rus - sovet 
müstəmləkə siyasətini amansız üsullarla həyata keçirən S.M.Kirovun 25 metr 
hündürlüyündə nəhəng heykəli qoyulmuşdu. 
303 


1940-cı ildə Əfrəsiyab Bədəlbəyli tərəfindən yazılmış "Qız qalası" 
baletinin tamaşaya qoyulması ilə Azərbaycanın ilk baleti yaranmışdı. 
Ədəbiyyat
Sovet hakimiyyət orqanları yarandığı gündən Azərbaycan 
ədəbiyyatını inhisara almağa və onun əsas ideya istiqamətlərini 
müəyyənləşdirməyə çalışırdı. 1920-ci illərdə Azərbaycan ədəbiyyatının əsrlərin 
sınağından çıxmış qədim və çox zəngin irsi "proletar mədəniyyəti" adlandırılan 
və olduqca ziyanlı bir ideologiyanın nümayəndələri tərəfindən inkar olunurdu. 
"Proletar mədəniyyəti" tərəfdarları Nizami Gəncəvi və Mirzə Ələkbər Sabir 
kimi dahi şairlərimizin əsərlərinə qarşı çıxış edir, onlara abidə ucaldılmasmı 
"fəhlə sinfinin mənafeyinə xəyanət" kimi qiymətləndirirdilər. Belə ziyanlı 
ideyalara qarşı çıxan Nəriman Nərimanov 1922-ci ildə açıq şəkildə yazırdı: 
"türk uşaqları təkcə Puşkinin deyil, Şekspir və Şillerin də şerlərini oxuyub 
öyrənməlidirlər. Ancaq onlar hər şeydən əwəl əsl xalq şairi Sabir, Vaqif, Zakir 
və Vidadinin şerlərini bilməlidirlər." 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin