Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə196/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   192   193   194   195   196   197   198   199   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Yeni sovet təhsil sisteminin yaradılması.
Sovet hakimiyyəti 
Azərbaycanda yeni ibtidai, orta və ali təhsil sisteminin yaradılmasına xüsusi 
diqqət yetirirdi. Əsas məqsəd 1) sosialist ideologiyasına sahib olan, sovet 
rejiminə və mövcud quruluşa sədaqətli yeni gənc nəsil yetişdirməkdən və 2) 
Azərbaycanın ümumilikdə SSRİ-nin iqtisadi mənafeyinə tabe edilən və 
mərkəzdən planlaşdırılan sənaye və kənd təsərrüfatı sahələri üçün savadlı yerli 
kadrlar hazırlamaqdan ibarət idi. 1920-ci illərdə bolşevik hökumətinin irəli 
sürdüyü yanlış tezisin əksinə olaraq Azərbaycan "başdan - başa savadsızlar 
ölkəsi" deyildi, əhalinin bir hissəsi dini məktəblərdə, xeyli hissəsi isə çar 
hökumətinin dövründə açılmış müxtəlif tipli ibtidai və orta məktəblərdə təhsil 
almışdı. 1920-ci ildə Azərbaycanda dini təhsili tamamilə qadağan edən yeni 
hökumət qısa müddətdə öz ideologiyasına uyğun ibtidai və orta təhsil sistemini 
formalaşdıra bilməmişdi. 1923-cü ildə Azərbaycan XKS yanında "Savadsızlıqla 
mübarizə" adı altında Xüsusi Komitə yaradılmışdı. Bu komitə xüsusilə fəhlələr 
içərisində savadsızlığı aradan qaldırmaq məqsədilə ilk vaxtlar məktəblər deyil, 
üç, sonradan isə on aylıq kurslar təşkil edir və həmin kurslarda əlifba, yazmaq 
və oxumaq öyrədilirdi. Çox maraqlıdır ki, belə kurslarda və ibtidai məktəblərdə 
"siyasi dərslər" də keçilir, hökumətin yürütdüyü siyasət və hakim ideologiya 
kütlələrin şüuruna yeridilirdi. 
Sovet 
hakimiyyəti 
ibtidai 
və 
orta 
məktəb 
şəbəkəsinin 
genişləndirilməsinə çox gec - 1930-cu illərdə başladı. Azərbaycan XKS 
1930-cu il avqustun 29-da "1930/31-ci tədris ilində ümumi ibtidai təhsilin tətbiq 
edilməsi haqqında" qərar qəbul etdi. Omumtəhsil məktəblərində oğlanlarla 
qızların bir yerdə oxuması əhali içərisində narazılıqla qarşılandığından qızların 
belə məktəblərdə təhsilə cəlb edilməsi böyük çətinlik yaratmışdı. 1935-ci ildə 
qəbul olunmuş "Ümumtəhsil məktəbləri haqqında Əsasnamə”yə görə, 
Azərbaycanda ümumi təhsil üç pilləyə bölünürdü: 1. İbtidai (1 - 4-cü siniflər); 2. 
Natamam orta (1 - 7-ci siniflər); 3. Orta (1 - 10- cu siniflər). 
Ümumtəhsil məktəbləri üçün proqram və dərsliklər hazırlanarkən milli 
- mənəvi dəyərlərimizə qətiyyən yer ayrılmır və milli xüsusiyyətlərimiz nəzərə 
alınmırdı. "Siyasi fənnlər" hesab edilən tarix və coğrafiya Kommunist 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin