Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 41. Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə206/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   202   203   204   205   206   207   208   209   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 41. Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində 
Müharibənin başlanması və Azərbaycanda hərbi səfərbərlik,
1939 - 
1945-Cİ 
illər bəşər tarixinə çox dəhşətli İkinci dünya müharibəsi dövrü kimi 
daxil olmuşdur. Dünyanı yenidən bölmək, yeni xammal və satış bazarları əldə 
etmək, ən mühüm strateji məntəqələri ələ keçirmək məqsədi güdən bu müharibə 
Hitler Almaniyasının 
1939-cu 
il sentyabnn 1-də Polşa üzərinə hücumu ilə 
başladı. Ancaq "Dünya inqilabı" arzusu ilə yaşayan SSRİ, "qarışmamaq" 
siyasəti yeridən Qərbi Avropa dövlətləri, Avropada baş verən hadisələrə "bitərəf 
münasibətini" qoruyub saxlayan ABŞ, Sakit okean hövzəsində imperialist 
siyasət yeridən Yaponiya qanlı savaşın başlanmasında Almaniyadan az rol 
oynamadılar. Almaniya İngiltərəni çıxmaqla, Avropanın böyük hissəsini işğal 
etdiyi 
1938 
-1941-ci illərdə SSRİ də boş dayanmayaraq, Finiyandiyanı 
məğlubiyyətə uğratmış, Şərqi Avropanın bir çox 
309 


ərazilərini, Baltikyanı torpaqları və s. ələ keçirmişdi. Sakit okean hövzəsində və 
Çində təcavüzkar siyasət yeridən Yaponiya isə Uzaq Şərq bölgələri uğrunda 
SSRİ ilə müharibə aparırdı. 
Müharibə başlayanda Azərbaycan müstəqil dövlət olmayıb, SSRİ-nin 
tərkibində idi. Buna görə də Azərbaycanın bütün iqtisadi, maddi və insan 
resursları sovet dövlətinin mənafeyinə uyğun olaraq səfərbər edilmişdi. 
SSRİ-nin 1938 -1939-cu illərdə Uzaq Şərqdə Xasan gölü və Xalxin - qol 
rayonlarında yaponlara qarşı apardığı hərbi əməliyyatlarda 77-ci piyada 
diviziyasının azərbaycanlılardan ibarət divizyonları da iştirak etmişdi. 
1941-
ci il iyunun 22-də Hitler Almaniyasımn müharibə elan etmədən 
SSRİ üzərinə hücumu ilə sovet xalqları üçün Böyük vətən müharibəsi başladı. 
Bu zaman Azərbaycan SSR Sovet İttifaqının əsas neft bazası və ikinci pambıq 
plantasiyası hesab olunurdu. 
Azərbaycan öz geostrateji mövqeyinə və təbii sərvətlərinə görə Hitler 
Almaniyasının işğalçılıq planlarında mühüm yer tuturdu. Hitler müharibənin 
taleyində həlledici rol oynaya biləcək Bakı neftinin ələ keçirilməsini 
müharibədə özünün əsas vəzifələrindən biri hesab edirdi. Heç də təsadüfi deyil 
ki, Hitlerin ad günündə SSRİ-nin xəritəsi formasında hazırlanmış nəhəng 
tortdan yalnız Bakı şəhərinin adı yazılmış hissəsi kəsilərək ona təqdim 
olunmuşdu. Bakının və Abşeronun mühüm sənaye və digər strateji əhəmiyyətli 
obyektlərinin hərbi və iqtisadi xəritəsi Almaniyada çox dəqiqliklə 
hazırlanmışdı. Gələcəkdə Bakıda neft istehsalına nəzarət işi Almaniyanın 
"Kontinental Neft Cəmiyyətinə" tapşırılmışdı. Hitler tərəfindən, hətta 
Azərbaycandakı bütün iri sənaye müəssisələrinə "ali irqin nümayəndəsi olan" 
alman rəhbərlər də təyin olunmuşdu. Hitlerin Azərbaycanla bağlı planlarında 
ona müstəqillik verilməsi nəzərdə tutulmamışdı. Rozenberq planına görə 
Azərbaycan mərkəzi Tiflisdə yerləşəcək Qafqaz Reyxskomissarlığına tabe 
edilməli idi. Eyni zamanda Şimali və Cənubi Azərbaycan inzibati baxımdan 
türk xalqları yaşayan digər ərazilərlə birlikdə Almaniyadan asılı olacaq "Böyük 
Türküstan" dövlətinin tərkibinə daxil edilməli idi. 
SSRİ ilə Almaniya arasında müharibə başlayandan bir qədər sonra, 
1941-ci il iyunun 30-da ölkədə bütün hakimiyyət İ.V.Stalinin rəhbərliyi altında 
qurulan Dövlət Müdafiə Komitəsinin əlində cəmləşdirildi. Fars körfəzindən 
başlayıb, SSRİ-nin cənub sərhədlərinin, İrandan və onun tərkibindəki Cənubi 
Azərbaycandan keçən əsas nəqliyyat yolunun təhlükəsizliyini təmin etmək üçün 
Sovet ordusu 1941-ci il avqustun 25-də İranın şimalına yeridildi. Hələ 1920-ci 
ildə yaradılmış 77-ci Azərbaycan diviziyası da bu ordunun tərkibində idi. 
Sovet rəhbərliyi müharibə başlayan kimi bütün müttəfiq 
respublikalarda, 0 cümlədən Azərbaycanda hərbi səfərbərlik elan etdi. 
Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan Sovet ordusu sıralarına 700 
min nəfərə qədər adam cəlb olunmuşdu ki, bunun da 11 min nəfərdən çoxu 
qadın idi. 1941-ci ildə Azərbaycan SSR-də 3 milyon 300 min nəfərin yaşa 
310 


dığı nəzərə alınarsa, ölkəmizin əhalisinin 20%-dən çoxu Böyük Vətən 
müharibəsinə müharibəsinə cəlb olunmuşdu. Azərbaycanda 1941-ci ildə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin