Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə211/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   207   208   209   210   211   212   213   214   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

1942-ci ilin sentyabrın 9- 
da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan etmişdi. Qafqaz 
uğrunda gedən döyüşlərdə 
66 mindən çox azərbaycanlı vuruşurdu. 
Azərbaycanın 77-ci, 223-cü, 402-ci, 202-ci, 271-ci və 416-cı milli diviziyaları 
və böyük hissəsi soydaşlarımızdan ibarət olan 
227-ci diviziya 
Qafqaz uğrunda 
beş ay davam edən döyüş əməliyyatlarında qəhrəmanlıqla vuruşmuş, 
Taman 
yarımadasının, 
Kerç, 
Novorossiysk, Mozdok, Stavropol 
və başqa şəhərlərin 
azad edilməsində həlledici rol oynamışdılar. Qafqaz və Krım uğrunda 
döyüşlərdə Azərbaycan oğullarının da göstərdiyi hərbi rəşadət və qəhrəmanlıq 
nəticəsində Azərbaycan faşist Almaniyasının əsarəti altına düşmək 
təhlükəsindən xilas olmuşdu. Qafqaz bölgəsinin düşməndən təmizlənməsi 
uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş 
Qafur Məmmədov, İdris 
Süleymanov 
SSRİ-nin ən ali mükafatı olan 
Sovet İttifaqı Qəhrəmanı 
adma 
layiq görülmüşdülər. 
Azərbaycanın 
77-ci Simferopol diviziyası Qafqazla 
yanaşı. 
Krım 
və 
Ukraynanın 
alman işğalçılarından təmizlənməsində tarixi xidmət göstərmişdi. 
Bu diviziyanın döyüşçüləri düşmənin 26 min nəfərdən çox əsgər və zabitini 
məhv etmişdi. 
Azərbaycanın 416-cı Taqanroq atıcı diviziyası 
1942 - 1945-ci 
illərdə 
Qafqazdan Berlinədək 
şərəfli döyüş yolu keçmiş və 1945- ci il mayın 
2-də Berlinin Brandenburq darvazasına qələbə bayrağını sancmışdı. Berlinin 
alınmasında göstərdiyi şücaətə görə 
Yusif Sadıqov 
Sovet İttifaqı Qəhrəmanı 
adına layiq görülmüşdü. Ümumiyyətlə, 416-cı diviziya 27 ay fasiləsiz olaraq 
döyüşərək Sovet İttifaqının 7900 kv. km. ərazisini düşməndən azad etmiş və 
Almaniyanın 22 mindən artıq canlı qüvvəsini məhv etmişdi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin