Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə210/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   206   207   208   209   210   211   212   213   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

"Edelveys" 
adlı xüsusi 
plana uyğun olaraq bu bölgədə döyüşlər 1942-ci ilin iyulunda başlamışdı. 
"Edelveys" planında 
Bakı şəhərinin 
1942-ci il sentyabrın 25-də ələ keçirilməsi 
nəzərdə tutulmuşdu. SSRİ-nin müharibədəki müttəfiqləri ABŞ və İngiltərənin 
Cənubi Qafqazla bağlı hazırladıqları 
"Velvet" 
planında isə Sovet qoşunlarının 
Qafqazdan çıxarılaraq Stalinqradın müdafiəsinə aparılması və bölgənin daha 
etibarlı müdafiəsi üçün amerikan - ingilis qoşunlarının burada yerləşdirilməsi 
nəzərdə tutulmuşdu. Bu planın baş tutması Cənubi Qafqazın SSRİ-dən ayrılması 
demək idi. Sovet rəhbərliyi təbii ki, Qafqaza xüsusi diqqət yetirirdi və bölgənin 
itirilməsi onu Bakı və Qroznı kimi əsas yanacaq məntəqələrindən məhrum 
edərdi. Bu isə SSRİ-nin sonu demək olardı. Maraqlıdır ki, 1942-ci ilin yayında 
Hitler 
elan etmişdi ki, 
Almaniya Bakı 
və 
Qroznı neftini 
ələ keçirməsə, 
müharibəni davam etdirə bilməyəcəkdir. 
Bütün bunları nəzərə alan Stalinin və Dövlət Müdafiə Komitəsinin 
Köçürmə Məsələləri üzrə Şurasının sədri A.Mikoyanm səyləri ilə Bakı üçün 
təhlükə yaranarsa, şəhərin minalanaraq məhv edilməsini nəzərdə tutan xüsusi 
plan da hazırlanmışdı. Hələ üstəlik, guya Azərbaycan əhalisinin almanlarla 
əməkdaşlıq edə biləcəyi ehtimalı əsas götürülərək azərbaycanlıların Bakıdan 
313 


Mərkəzi Asiyaya və Qazaxıstana köçürülməsi planı da tərtib edilmişdi. 
Azərbaycanın o vaxtki rəhbəri M.C.Bağırovun belə bir köçürmə tədbirinin 
Respublikada neft və pambıq kimi hərbi - strateji məhsulların istehsalını 
azaldacağı və orduda döyüşən azərbaycanlı əsgərlərə mənfi təsir göstərə 
biləcəyi ilə bağlı gətirdiyi dəlillər bu planın pozulmasında müəyyən rol oynasa 
da, əslində Qafqaz və Stalinqrad uğrunda gedən döyüşlərdə qazanılan qələbələr 
bu dəhşətli planın həyata keçirilməsinin qarşısını almışdı. 
Sovet rəhbərliyi alman təhlükəsi qarşısında 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin