hərəkat 1920-ci ildə ingilis müstəmləkəçilərinin köməyi ilə yatırılandan sonra
şah rejimi tamamilə zəifləmiş və xalqın gözündən düşmüşdü. Türk Qacar
sülaləsinin sonuncu nümayəndəsi Əhməd şahın
sosial və milli dayaqlardan
məhrum olması fars köklü hərbi nazir Rza xana Qacarlara qarşı mübarizədə
geniş meydan açmışdı. Hərbi
qüvvəyə arxalanan Rza xan, xüsusilə Cənubi
Azərbaycandakı mühafizəkar ruhlu mülkədar dairələrinin gücündən də
bacarıqla istifadə edərək 1923-cü ildə hərbiçilərin təzyiqi altında
keçirilən
antidemokratik parlament seçkilərində qalib gəldi. Əhməd şah Qacar yeni
hökumətin təşkilini Rza xana tapşırmağa məcbur oldu. Rza xan 1924-cü ildə
bütün ölkədə, xüsusilə Cənubi Azərbaycanda demokratik
qüvvələri aldatmaq
üçün qondarma "respublika uğrunda hərəkat" kampaniyası başlatdı. Təbriz,
Ərdəbil və digər şəhərlərdə Rza xan tərəfdarları Qacarların devrilməsini və
ölkədə respublika qurulmasını tələb etməyə başladılar. Nəhayət, 1925-ci ilin
oktyabr ayının axırlarında Rza xanın tərəfdarları ölkənin qanunverici məclisində
Qacarlar sülaləsinin devrilməsi və ölkənin idarəsinin Rza xana tapşırılması
haqqında qanun verilməsinə nail oldular. Siyasi çevrilişi qanuniləşdirmək üçün
1925-ci il dekabrın 12-də çağırılmış Müəssislər Məclisi Rza xanı əfsanəvi qədim
fars sülalələrindən birinin daşıdığı Pəhləvi soyadı ilə şah elan etdi.
Rza şah Pəhləvi hakimiyyətə gəldikdən sonra ölkədə sənaye və ticarətin
inkişaf
etdirilməsi, milli iqtisadiyyatın himayə edilməsi və xarici dövlətlərin
maliyyə təzyiqindən qorunması istiqamətində bir sıra mühüm tədbirlər gördü.
Cənubi Azərbaycan sahibkarları öz kapitalları hesabına
onlarla yüngül və
yeyinti müəssisələri açdılar. Ancaq Rza şah onun hakimiyyətə gəlməsində
həlledici rol oynamış Cənubi Azərbaycana qarşı nankorcasma milli ayrı -
seçkilik siyasəti yeritməyə başladı. Onun dövründə dövlətin vəsaiti hesabına
ölkədə tikilib istifadəyə verilmiş 103 müəssisədən yalnız
biri Cənubi
Azərbaycanın payına düşürdü. Bütün diktatorlar kimi heç bir müxalif qüvvə ilə
hesablaşmayan, siyasətini zorakılıq və qorxu üzərində quraraq özünü "millətin
atası" hesab edən Rza şah 1926 - 1927-ci illərdə bütün siyasi partiyaları, hətta öz
Dostları ilə paylaş: