Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə221/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   217   218   219   220   221   222   223   224   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Milli Hökumətin əsas 
sosial 
bazasını və milli dayağını 
Azərbaycan türkləri 
təşkil edirdi. Bu hökumətin 
321 


mürtəce İran rejiminin qəsd və müdaxiləsindən müdafiə olunması və təhlükəsiz 
fəaliyyət göstərməsinin təminatçısı isə yeni yaradılmış Milli Ordu hissələri və 
bölgədəki Sovet qoşunları idi. 
Milli Hökumətin nəzarətindən kənarda qalan yeganə yaşayış məntəqəsi 
Rizaiyyə (Urmiya) şəhəri idi. Hökumət fədailərdən ibarət seçmə hərbi dəstələr 
göndərərək 1945-ci il dekabrın 19-da buradakı İran briqadasını tərk - silah 
etmişdi. Nəticədə Cənubi Azərbaycanda Milli Hökumətin nəzarətindən kənarda 
heç bir yaşayış məntəqəsi qalmamışdı. 
1945-
ci il dekabrın 21-də Azərbaycan Milli Məclisinin sesiyası "Xalq 
qoşunu haqqında" qanun qəbul etdi. Bu qanuna görə 20 . yaşına çatmış 
vətəndaşlar il yarım müddətinə xalq qoşununda hərbi xidmətə çağrılmalı idilər. 
Qanun Azərbaycan hökumətinə İramn daxilindən və hətta xaricdən silah almaq 
səlahiyyəti vermişdi. Xalq Qoşunu Nazirliyinə Məclisin təsdiq etdiyi büdcəyə 
uyğun olaraq ordunun zəruri silah - sursatla təmin edilməsi və döyüş 
qabiliyyətinin müasir səviyyəyə qaldırılması qəti şəkildə tapşınlmışdı. Milli 
Hökumət Vətənin azadlığı uğrunda canını qurban vermiş və ya yaralanaraq 
əmək qabiliyyətini itirmiş döyüşçülərin ailələrinin təmin olunmasını öz üzərinə 
götürmüşdü. 3 ay müddətinə hərbi - səhra məhkəmələrinin yaradılması, 
amnistiya və vergilər haqqında qanunlar da qəbul edilmişdi. 
Milli Hökumətin maarif naziri Məhəmməd Biriya 1945-ci il dekabnn 
23-də Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin Azərbaycan dilində 
aparılması, I - IV siniflərdə tədris edilən bütün dərsliklərin Azərbaycanda nəşr 
olunması haqqında 1 saylı tarixi əmrini imzaladı. 
1946-
cı il yanvar ayının 6-sı Cənubi Azərbaycan Milli hərəkatının ən 
əlamətdar tarixi günlərindən biri oldu. Həmin gün Milli Hökumət Azərbaycan 
dilinin rəsmən dövlət dili elan edilməsi, bütün dövlət, hökumət idarələrində, 
orduda, müəssisə və təşkilatlarda, məktəb və mədəni maarif müəssisələrində bu 
dilin icbari şəkildə işlədilməsi haqqında on bənddən ibarət tarixi qərarını qəbul 
etdi. Elə həmin gün baş nazir Pişəvəri Təbrizdə Azərbaycan Dövlət 
Universitetinin açılması haqqında çox böyük əhəmiyyət daşıyan qərarını da 
imzaladı. Ciddi hazırlıq işləri aparıldıqdan sonra 1946-cı il iyun ayının 12-də 
Təbrizdə Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. Universitetin açılması 
Milli Hökumətin xalqımız qarşısında çox böyük tarixi xidməti idi. 
1946-cı il yanvarın 29-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq məktəbi 
fəaliyyət göstərməyə başladı. 
Milli Hökumət 1946-cı il yanvarın 6-da 3 yaşından 14 yaşınadək olan 
sahibsiz uşaqların Təbrizdə və digər şəhərlərdə açılacaq tərbiyə evlərinə cəlb 
edilməsi haqqında qərar qəbul etdi. Məclis yanvar ayında Rza şah Pəhləvinin 
heykəlinin Təbrizin Gülüstan bağından götürülərək yerində Səttarxanm 
heykəlinin, Ərk qalasının yanında isə Bağırxanın heykəlinin ucaldılması, 
Məhəmməd Rza şahın şəkillərinin isə bütün Cənubi Azər- 
322 


bay candan yığışdırılması haqqında qərarlar qəbul etdi. 
Milli Hökumət qarşısında duran 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin