cəzasına məhkum edildi.
Məhkəmə prosesində M.C.Bağırovun əlaltısı
erməni Xoren Qriqoryanm 1937-ci ildə Bakıdan atasına yazdığı məktub
hamını şoka salmışdı. Məktubda o, 100 nəfər azərbaycanlını güUələdiyini
və 500 nəfərin isə növbə gözlədiyini bildirirdi.
M.C.Bağırov Markaryan,
Sumbatov, Qriqoryan kimi erməni cəlladları ilə azərbaycanlılan kütləvi şəkildə
məhv etməsini əvvəlcə gülünc şəkildə özünün səhvi hesab etsə də, sonda bu işdə
günahının çox böyük olduğunu etiraf etmiş və məhkəmədə belə söyləmişdi:
"Xalq qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək və
asmaq azdır, məni şaqqalamaq və parça - parça etmək lazımdır."
1937-193
8-ci illərdə həyata keçirilən
böyük terrorun
əsas
icraçılarından biri olan erməni Y.Sumbatov - Topuridze istintaq zamanı ağlını
itirdiyinə görə məhkəməyə çıxarılmamışdı. Cinayətkar dəstənin digər üzvləri
X.Qriqoryan, R.Markaryan, T.Borşev isə güllələnmə cəzasına məhkum
edilmişdilər.
1954-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
birinci katibi vəzifəsinə
İmam Mustafayev
(1910 - 1997) seçildi. İ.Mustafayev
Zaqatala qəzasının Qax kəndində anadan olmuşdur. O, bir görkəmli elm xadimi
kimi 1950-ci ildə Azərbaycan EA-nın akademiki adını almışdı. 1930 - 1950-ci
illərdə respublikanın dövlət və hökumət orqanlarında müxtəlif yüksək
vəzifələrdə çalışmışdı. İmam Mustafayevin respublikaya rəhbərlik etdiyi 1954 -
1959-cu illər tariximizdə
Azərbaycanın ictimai-siyasi həyatında milli
oyanışın başladığı yeni bir mərhələ
hesab olunur. İmam Mustafayev
Azərbaycana Sovet İttifaqında ictimai - siyasi həyatın mülayimləşdiyi, sovet
rejiminin liberallaşdığı və cəmiyyətin müxtəlif təbəqələri içərisində partiya və
dövlətə inam yaratmaq üçün müəyyən islahatların keçirildiyi şəraitdə rəhbərlik
etmişdir. 1956-cı ildə Stalinin şəxsiyyətinə pərəstiş rəsmən tənqid olunmuş və
bütün ölkədə humanist
Dostları ilə paylaş: