Mir Cəfər Bağırovun təkidli tələblərindən sonra SSRİ-nin rəhbəri
LStalin dekabrın 12-də Sovet - İran sərhədində toplaşmış demokratlara və
onların ailələrinə sərhədləri keçərək Sovet Azərbaycanına gəlməyə icazə verdi.
1946-cı il dekabrın 12-dən 19-a qədər 5784 nəfər demokrat Sovet
Azərbaycamna keçə bildi.
Milli azadlıq hərəkatının lideri S.C.Pişəvəri də sovetlərə mühacirət
edənlərin arasında idi. Hərəkat kimi onun da taleyi faciə ilə bitdi. S.C.Pişəvəri
1947-ci ildə Sovet Azərbaycanında çox müəmmalı şəkildə avtomobil qəzası
nəticəsində əbədiyyətə qovuşdu.
Beləliklə, Cənubi Azərbaycanda 1941 - 1946-cı illər milli azadlıq
hərəkatı məğlubiyyətə uğradı. Hərəkatın məğlub olmasının əsas səbəbləri daha
çox xarici amillərlə bağlı idi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası "Cənubi Azərbaycan məsələsi"nin həlli zamanı özünün təməl
prinsiplərinə zidd olan mövqedən çıxış etdi. Bu nüfuzlu beynəlxalq təşkilat fars
əsarətindən qurtulmağa çalışan mübariz xalqın milli haqlarını müdafiə etmək
əvəzinə, şovinist Tehran hökumətinin xeyrinə qərarlar qəbul etdi. Dünyanın
böyük dövlətləri olan ABŞ və Böyük Britaniya axıradək İranı müdafiə etdilər.
ABŞ və Böyük Britaniyanın təzyiqləri qarşısında geri çəkilən Sovet İttifaqı isə
Cənubi Azərbaycanı özünün neft maraqlanna qurban verdi.
1978 - 1979-cu illərdə baş vermiş və şah rejiminin devrilməsi ilə
nəticələnən İran inqilabının qələbə qazanması üçün 25 min şəhid vermiş Cənubi
Azərbaycan türklərinin hal-hazırda İran İslam Respublikasında heç bir milli
hüquq və azadlıqları təmin olunmamışdır.
XIII FƏSİL. MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANIN
SOSİAL -İQTİSADİ VƏZİYYƏTİ VƏ MƏDƏNİ HƏYATI
Dostları ilə paylaş: