böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və buraya yığışmış minlərlə
azərbaycanlı qarşısında çıxış edərək bu hadisəyə qəti etirazını bildirmişdi.
Heydər Əliyev SSRİ-nin Ali rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı
qərarını
insanlığa, demokratiyaya və Konstitusiyaya zidd addım kimi qiymətləndirmiş və bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdi.
Heydər Əliyev bu məşhur çıxışında ilk dəfə 20 yanvar hadisələrinə siyasi
qiymət vermiş və çıxışın mətni bütün dünyada və respublikada geniş yayılmışdı.
1990-cı ilin yanvar ayında Heydər Əliyev fəal siyasətə qayıtmış və həmin ilin
iyul ayında Azərbaycana dönərək Naxçıvanda yaşamağa başlamışdı.
Fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, 1990-cı il yanvar
ayının 22-də Bakının "Azadlıq" meydanında
böyük bir matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində
2 milyona qədər adam iştirak edirdi.
Şəhidlər Bakı şəhərinin ən uca yeri olan
Dağüstü Parkda dəfn edildilər. İndi
həmin müqəddəs məkan
Şəhidlər Xiyabanı adlanır. Burada Azərbaycanın
azadlığı və müstəqilliyi uğrunda camnı qurban vermiş şəhidlərimiz uyuyur.
Kommunist Partiyasının bu qanlı əməlinə görə minlərlə Azərbaycan
kommunisti partiyanın sıralarını tərk etmişdi. Partiya biletlərindən, hətta
tonqallar qalanmışdı. Respublikam idarə edən Azərbaycan KP MK-nm
binasının divarlarında "Qorbaçov cəlladdır!", "Rədd olsun Sov İKPI",
"İşğalçılar rədd olub gedin!" kimi şüarlar yazılmışdı.
Azərbaycanın partiya rəhbərliyi 1990-cı il yanvar ayının 24-də tələm -
tələsik plenum çağıraraq Respublikanın Nazirlər Sovetinin sədri vəzifəsində
işləyən Ayaz Mütəllibovu Moskvanın göstərişi əsasında Azərbaycan KP MK-
nm birinci katibi vəzifəsinə təyin etdi.