Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə252/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   248   249   250   251   252   253   254   255   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycanın 
Dövlət müstəqilliyinin bərpası haqqında "Bəyannamə" 
adlı çox mühüm bir 
sənədi qəbul etdi. Müxalifətin tələbi ilə həmin sessiyada Bakıda fövqəladə 
vəziyyətin ləğv edilməsi və milli müdafiə qüvvələrinin yaradılması barədə qərar 
qəbul olundu. Sentyabrın 5-də 
Müdafiə Nazirliyi 
yaradıldı. 
Azərbaycan Xalq Cəbhəsinin boykot çağırışına və Naxçıvan Ali 
Məclisinin Muxtar respublika ərazisində seçkilərin keçirilməsindən imtina 
etməsinə baxmayaraq, 1991-ci ilin sentyabr ayının 8-nə təyin edilmiş prezident 
seçkilərində respublikanın rəhbəri Ayaz Mütəllibov prezidentliyə yeganə 
namizəd kimi iştirak etdi. Seçki günü əhalinin çox az hissəsi səsvermədə iştirak 
etdiyi halda. Mərkəzi Seçki Komissiyası tərəfindən A.Mütəllibovun prezident 
seçildiyi elan olundu. Buna baxmayaraq, seçkidən sonra demokratik qüvvələrin 
fəaliyyəti nəticəsində respublikanın siyasi həyatında bir sıra mühüm 
dəyişikliklər baş verdi. 1991-ci il sentyabrın 14-də artıq iflasa uğramış 
Azərbaycan Kommunist Partiyasının buraxılması haqqında 
qərar verildi. 
Oktyabnn 18-də şəhər və rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi təsis 
edildi. Ali Sovetinin 1991-ci ilin oktyabnn 18-də keçirilən sessiyasında 
"Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya 
aktı" qəbul olundu. Demokratik hərəkatın çox böyük qələbəsi sayılan bu mühüm 
hadisə nəticəsində 
Azərbaycanın 1920-ci ildə itirdiyi dövlət müstəqilliyi 
bərpa olundu 
və dövlətimiz özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi 
varisi elan etdi. 
Gənc və müstəqil dövlət 1991-ci ilin sonunda bir sıra mühüm addımlar 
atdı. 1991-ci il dekabrın 25-də Ali Sovet - 1) 31 dekabrın dünya 
azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması; 2) kiril əlifbasından 
latın əlifbasına keçirilməsi; 3) qəbul imtahanlarının test üsulu ilə keçirilməsi 
haqqında 3 mühüm qərar qəbul etdi. 
Belə bir şəraitdə SSRİ rəhbərliyi ayn-ayn müttəfiq respublikalarda 
güclənməkdə olan İttifaqdan qopma meyllərinin qarşısını almaqda tamamilə 
aciz vəziyyətə düşmüşdü. SSRİ adlanan nəhəng dövlət artıq tam iflas həddinə 
gəlib çatmışdı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin