Hüseynov
Azərbaycanın Milli Qəhrəmanı
adma layiq görülmüşdü. Müdafiə
qüvvələrinin fövqəladə qəhrəmanlığına baxmayaraq,
1992-ci il fevral ayının
25-dən 26-na keçən gecə
Azərbaycanın
Xocalı şəhəri
ermənilərin rus əsgəri ilə
birlikdə həyata keçirdikləri dəhşətli hərbi əməliyyat nəticəsində işğal olundu.
Şəhər işğal olunarkən düşmən Azərbaycan əhalisinə qarşı milli - etnik zəmində
dəhşətli qətliam
və
əsl soyqırım
törətdi. Azərbaycan xalqının başına gətirilmiş
bu dəhşətli faciə nəticəsində
613 nəfər dinc sakin,
o cümlədən
63 uşaq, 106
qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 nəfər dinc sakin -
uşaq, qadın və qoca girov götürülərək, ağlasığmaz işgəncələrə məruz qaldı.
Xocalı qətliyamı nəticəsində
7 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki
valideynini, 224 uşaq bir valideynini, 200 ailə isə öz başçısını itirmişdi.
Girov götürülənlərdən 150 nəfərin, o cümlədən
68 qadın
və
26 uşağın
taleyi
hələ indiyədək də məlum deyil.
Xocalı soyqırımı
ermənilərin nəinki
azərbaycanlılara, bütün bəşəriyyətə qarşı törətdikləri
ən dəhşətli cinayət
hadisəsidir.
Respublikada siyasi böhran.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi
Dəhşətli
Xocalı faciəsi
Azərbaycanda dərin
siyasi böhrana
səbəb oldu. Bütün xalq
ayağa qalxaraq erməni təcavüzünün qarşısını almaqda aciz olan Respublika
rəhbərliyini istefaya çağırırdı. 1992-ci il martın 5-də Azərbaycan
Ali Sovetinin
sədri
istefaya getdi və yerinə deputat
Yaqub Məmmədov
seçildi.
Parlamentdəki Demokratik bloka daxil olan deputatlarm hazırladığı qərar
layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibov
1992-ci il martın 6-da istefa verməyə məcbur oldu.
Yaqub Məmmədovun
Dostları ilə paylaş: