Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə263/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   259   260   261   262   263   264   265   266   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Müstəqil Dövlətlər Birliyinə 
(MDB) daxil oldu. 
1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə 
Heydər Əliyev 
səs çoxluğu ilə 
Azərbaycan Respublikasının Prezidenti 
seçildi. 
Respublikada siyasi sabitliyin yaradılması və ordu quruculuğu 
sahəsindəki tədbirlər (1993 - 1995-ci illər) 
Heydər Əliyev 
1993-cü ildə prezident seçiləndən sonra bütün əsas 
diqqətini 
ordu quruculuğuna 
yönəltdi. Milli ordu bərbad vəziyyətdə idi və 
hərbi hissələr ayn-ayrı siyasi qrupların təsiri altına düşmüşdü. Ordunun silah - 
sursat, geyim və ərzaqla təminatı yarıtmaz vəziyyətdə idi. Dövlətimizin 
qarşısında duran 
əsas vəzifə 
Müdafiə Nazirliyinə tabe olmayan və döyüş 
qabiliyyəti aşağı səviyyədə olan nizam - intizamsız hərbi hissələri ləğv 
etməkdən və 
güclü nizami ordu yaratmaqdan 
ibarət idi. 1993-cü il noyabrın 
1-də xalqımızı ordu quruculuğu məsələlərinə səfərbər etmək üçün 
Dövlət 
Müdafiə Şurası 
yaradıldı. Ordu quruculuğunda atılan məqsədyönlü addımlar 
nəticəsində köhnə 33 batalyon ləğv edildi və əvəzində yeni milli ordu hissələri 
yaradıldı. 
Birləşmiş Millətlər Təşkilatının 
Təhlükəsizlik Şurasının 
Kəlbəcərin 
işğalı ilə bağlı 
1993-cü il 30 aprel tarixli 
822 saylı, Ağdamın işğalı ilə bağlı 
29 
iyul tarixli 
853 saylı, Fizuli, Cəbrayıl və Qubadlının işğalı ilə bağlı 
14 
oktyabr tarixli 
874 saylı 
və 
Zəngilanın işğalı ilə bağlı 
11 noyabr tarixli 
884 
saylı 
qətnamələrində təcavüzkar ordunun işğal olunmuş Azərbaycan 
ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Həmin 4 
qətnaməni qətiyyən saya salmayan Ermənistanın silahlı qüvvələri 1993-cü ilin 
noyabr ayının ortalannda bütün cəbhə xətti boyu yenidən hücum 
əməliyyatlarına başladı. İşğalçılar bu zaman artıq 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin