məhvdən xilas etməyə qadir olan yeganə şəxsiyyət
böyük siyasətçi
və
dövlət
xadimi Heydər Əliyev
idi. Heydər Əliyev 1990-cı ildə Moskvadan
respublikaya qayıtdıqdan sonra Naxçıvan Ali Məclisinin və Azərbaycan
parlamentinin deputatı kimi öz siyasi fəaliyyətini davam etdirirdi. 1991-ci il
sentyabrın 3-də o,
Naxçıvan Ali Məclisinin sədri
seçilmişdi. O dövrdə
Naxçıvan Muxtar Respublikası
ağır blokada şəraitində və iqtisadi çətinliklər
məngənəsində yaşayırdı. Muxtar Respublika qazsız, işıqsız qalmışdı.
Ermənistanın təcavüzkarlığı ucbatından Muxtar Respublikanın Azərbaycanla
bütün əlaqələri kəsilmişdi.
Heydər Əliyev
1992-ci ilin martında
Türkiyə
Respublikasına,
avqustunda isə
tran İslam Respublikasına
səfər etmiş və hər
iki respublikanın rəhbəri onu böyük və nüfuzlu dövlət xadimi kimi qarşılamışdı.
Aparılan danışıqların nəticələri Naxçıvan üçün həyati əhəmiyyət kəsb edirdi.
Türkiyə dərhal Naxçıvana kredit ayıraraq müxtəlif ərzaq məhsulları və digər
avadanlıqlar göndərmişdi. Naxçıvan Türkiyənin elektrik şəbəkəsinə qoşulmuş,
Sədərək - Türkiyə nəqliyyat yolu
çəkilmişdi. 1992-ci ilin mayın 28-də isə
Naxçıvan ilə Türkiyə arasında Sədərək - Dilucu - “Ümid körpüsü" istifadəyə
verilmişdi. İran isə Naxçıvanı elektrik enerjisi ilə təchiz etməyə başlamışdı.
Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində
Naxçıvanın nəqliyyat və
Dostları ilə paylaş: