olmuş şəhidlər də dəfn olunmuşdur. Cümhuriyyətin müdafiə naziri S.Meh-
mandarovun və iki dəfə Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun məzarları da
Şəhidlər Xiyabanmdadır. 1998-ci ildə Şəhidlər Xiyabanında Xatirə kompleksi
tikilmiş və hündürlüyü 21 m. olan Əbədi məşəl abidəsi ucaldılmışdır. Həmin
abidənin müəllifləri məşhur heykəltaraş Ömər Eldarov və memar Elbəy
Qasımzadədir. Paytaxt şəhərimiz Bakıda Azərbaycanın görkəmli şəxsiyyətləri
Şah İsmayıl Xətainin, Hüseyn Cavidin, Yusif Məmmədəliyevin, Cəfər
Cabbarhmn və başqalarının heykəlləri ucaldılmışdır.
Müstəqillik qazanıldıqdan sonra Azərbaycan Respublikasımn idman
həyatında da böyük nailiyyətlər əldə edilmişdir. 1996-cı ildə Azərbaycan
idmançıları ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya
oyunlarında ilk dəfə müstəqil respublikamızı təmsil etdilər. 1997-ci ildə İlham
Əliyev Milli Olimpiya Komitəsinin sədri seçildi. 2000-ci ilin payızında Bakıda
Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verildi. 2000-ci ildə Sidneydə
keçirilən XXVII Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları iki qızıl və
bir bürünc medal qazandılar.
Dostları ilə paylaş: