Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə256/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   252   253   254   255   256   257   258   259   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

qısamüddətli rəhbərliyi dövründə 
(1992-ci il 6 
mart - 14 may) Azərbaycanda siyasi vəziyyəti sabitləşdirmək mümkün olmadı. 
Rusiyanın hərbi dairələrinə arxalanan qüvvələrin ordu hissələri arasında 
apardıqları pozuculuq işləri Qarabağ cəbhəsində Azərbaycanın vəziyyətini 
xeyli ağırlaşdırmışdı. Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun 
martın 17-də Müdafiə naziri təyin etdiyi Rəhim Qazıyev Moskvanın hərbi 
dairələrinə arxalanaraq respublikada bütün hakimiyyəti ələ keçirtməyə çalışırdı. 
Onun 1992-ci il 30 apreldə 
Şuşa 
və 
Laçında 
Xalq Cəbhəsi könüllülərindən 
ibarət hərbi hissələrin buraxılması haqqında əmri Şuşanın müdafiəsinin 
zəifləməsində xüsusi rol oynadı. Xankəndini tərk edən Rusi- yamn bədnam 
366-cı alayının 90 ədəd ağır hərbi texnikasına yiyələnən erməni quldur 
dəstələrinin çətin mühasirə şəraitində yaşayan 
Şuşaya 
həmlələrinin ardı - arası 
kəsilmirdi. Mayın 7-dən 8-nə keçən gecə ermənilər 80 tank və 6 minə yaxın 
canlı qüvvədən ibarət qoşunla 
Şuşa şəhəri üzərinə 
hücuma keçdilər. Sayca 
düşməndən dəfələrlə az olan Azərbaycan əsgərlərinin qəhrəmanlıqla 
vuruşmasına baxmayaraq, 
Şuşa şəhəri 
may ayımn 8-də ermənilər tərəfindən 
işğal olundu. Şuşa uğrunda döyüşlərdə 
şəhərin 155 müdafiəçisi 
şəhid oldu. 
Şuşanın süqutu ilə ermənilər Azərbaycanın Dağlıq Qarabağ böl 
355 


gəsinin işğalını başa çatdırdılar. Şuşanın işğalı və milli - hərbi dəstələrin Laçını 
tərk etməyə başlaması respublikada siyasi böhranı daha da dərinləşdirdi. Ayaz 
Mütəllibovun hakimiyyətə qayıtmaq cəhdinin qarşısını almaq üçün 1992-ci il 
may 
ayının 15-də 
Azərbaycan Xalq Cəbhəsi 
silahlı qüvvələrin və zirehli 
texnikanın müşayiəti ilə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin