Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 46. Müstəqilliyimizin ilk dövründə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə254/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   250   251   252   253   254   255   256   257   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 46. Müstəqilliyimizin ilk dövründə 
Azərbaycanda ictimai - siyasi vəziyyət (1992 - 1993-cü illər) 
Gənc və müstəqil Azərbaycan respublikası üçün 1991-ci ilin sonla- 
353 


nndan çox çətin bir dövr başladı. Oktyabr - noyabr aylarında Azərbaycanın daha 
çox könüllülük əsasında yaradılan, çox az sayda təcrübəli və peşəkar zabitlərə 
malik olan, silah - sursat baxımından pis təchiz olunan özünümüdafiə qüvvələri 
Ermənistanda və Qarabağda yerləşən sovet ordusu tərəfindən yaxşı 
silahlandırılmış və təlim keçmiş erməni hərbi hissələrinə qarşı uğurlu hərbi 
əməliyyatlar aparmaq gücündə deyildi. Sovet qoşun hissələrinin köməkliyi ilə 
erməni yaraqlıları 1991-ci ilin dekabrından Azərbaycanın Dağlıq Qarabağ 
bölgəsinin azərbaycanlılar yaşayan kəndlərinə hücum əməliyyatlarını 
genişləndirdilər. 1992-ci ilin yanvar - fevral aylannda Kərki- cahan, Malıbəyli 
və Quşçular kəndləri uğrunda döyüşlərdə onlarla Azərbaycan əsgəri Vətən 
yolunda camm qurban versə də, həmin yaşayış məntəqələri düşmən tərəfindən 
ələ keçirildi və nəticədə Xocalı və Şuşa şəhərləri mühasirəyə düşdü. Azərbaycan 
ordu hissələrinin 1992-ci il yanvar ayının 25- dən 26-na keçən gecə Şuşanın 
mühasirəsini yarmaq üçün keçirdiyi "Daşaltı əməliyyatı" isə uğursuz oldu. 
Dəhşətli Xocalı soyqırımı 
1992-
ci il fevral ayının 15 - 17-də Qaradağlı kəndini işğal edən erməni 
silahlı qüvvələri kəndi büsbütün yandıraraq məhv etdilər. Qaradağlı faciəsi 
zamanı 54 nəfər dinc sakin xüsusi amansızlıqla qətlə yetirildi. Artıq növbə çox 
mühüm strateji əhəmiyyət daşıyan Xocalıya çatmışdı. Ermənilər Xocalını 
tutmadan Dağlıq Qarabağın bütün ərazisinə yiyələnə bilməyəcəklərini yaxşı 
bilirdilər. Ona görə də düşmən Xocalıya hücum əməliyyatına çox böyük hərbi 
qüvvə və texnika cəlb etmişdi. 1992-ci il fevralın 25-də axşam saat 9-da 
başlayan Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici 
ölkələrdən gətirilmiş muzdlu quldurlar, əvvəl SSRİ-yə, indi isə Rusiyaya 
məxsus olub Xankəndində yerləşən və komanda - zabit heyətinin 2/3-si 
ermənilərdən ibarət olan 366-cı motoatıcı alayı da iştirak edirdi. 
Respublika rəhbərliyi Xocalı şəhərinin müdafiəsini lazımi şəkildə təşkil 
etməmişdi. Özünümüdafiə qüvvələrinin sayı az idi və demək olar ki, heç bir 
zirehli texnika ilə silahlanmamışdı. Buna baxmayaraq Azərbaycan oğullan qeyri 
- bərabər döyüşdə mərdliklə vuruşurdular. Xüsusi təyinatlı polis dəstəsinin 
komandiri Əlif Hacıyev cəmi 22 nəfərlik dəstəsi ilə düşmənin Xocalı hava 
limanına üç hücum cəhdinin qarşısını almış, ancaq vəziyyətin çıxılmaz 
olduğunu görüb, hava limanının dispetçer məntəqəsini partladaraq ermənilərin 
əlinə keçməsinə imkan verməmişdi. Xocalı uğrunda döyüşdə şəhid olmuş Əlif 
Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Cəsur komandir Tofiq 
Hüseynov 150 nəfərə qədər döyüşçüsü ilə birlikdə sayı dəfələrlə çox olan 
düşmənlə son nəfəsinədək vuruşaraq dinc sakinlərin bir hissəsinin mühasirədən 
çıxmasına imkan yaratmışdı. Bu qəhrəman vətən oğlu düşmənin təslim olmaq 
çağırışına məhəl qoymayaraq son gülləni özünə vurmuş və Vətənimiz uğrunda 
şəhid olmuşdu. Ölümündən sonra Tofiq 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin