Azərbaycan Respublikasının xarici siyasətinin əsas və həyati
əhəmiyyətli istiqamətlərindən biri də Ermənistanın açıq hərbi müdaxiləsi
nəticəsində yaradılmış Dağlıq Qarabağ probleminin həll edilməsidir. Qarabağ
münaqişəsinin respublikamız üçün ən ağır nəticəsi ərazilərimizin 20 faizə
qədərinin Ermənistan tərəfindən işğal olunmasıdır.
Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupuna həvalə edilmişdir.
Münaqişənin həllində vasitəçilik etmək üçün 1994-cü ildə Minsk qrupunun
ABŞ, Rusiya və Fransadan ibarət həmsədrlər təsisatı yaradılmışdır. ATƏT-in
Minsk qrupunun 1997-ci ildə münaqişə ilə bağlı "Mərhələli həll" təkliflər
paketində birinci mərhələdə Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağm
inzibati hüdudlanndan kənardakı 6 işğal edilmiş rayonun azad edilməsi,
qaçqınların həmin rayonlara qaytarılması, kommunikasiya vasitələrinin bərpa
edilməsi nəzərdə tutulmuşdu. İkinci mərhələdə Azərbaycamn ayrılmaz tərkib
hissəsi kimi Dağlıq Qarabağın statusu müəyyən edilməli. Laçın, Şuşa və keçmiş
Şaumyan rayonları ilə bağlı məsələlər nizama salınmalı idi. Sənəddə Dağlıq
Qarabağın azərbaycanlı əhalisi, "Laçın dəhlizi" və s. ilə bağlı Azərbaycanı qane
etməyən xeyli sayda maddə olsa da, sülhsevər siyasət yeridən Azərbaycan
hökuməti "mərhələli həll" təklifinin danışıqlarda əsas kimi qəbuluna razılıq
vermişdi. Ancaq Ermənistan "qondarma Dağlıq Qarabağ Respublikası "na
rəhbərlik edən separatçı rejimin etirazını bəhanə edərək onun üçün əlverişli
variantla razılaşmadı. Bundan sonra da Minsk qrupunun həmsədrlərinin
vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında apanlan çox saylı danışıqlar
heç bir nəticə verməmişdir.
Azərbaycan Respublikası öz xarici siyasətində Türkdilli dövlətlərlə
bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada
keçirilmişdir. 2000-ci ildə Bakıda keçirilmiş növbəti zirvə görüşü türk dövlətləri
arasında çoxtərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadı.
Dostları ilə paylaş: