Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə276/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   272   273   274   275   276   277   278   279   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Ümumi Daxili Məhsul 
istehsalı (ÜDM) 3 dəfədən çox artmışdır. 2012-ci ildə ÜDM-un adambaşına 
düşən həcmi 5800 manatdan (7500 ABŞ dollanna yaxın) çox olmuşdur. 2013-cü 
ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 73,5 milyard ABŞ dollarına 
çatmış və adambaşına düşən ÜDM istehsalı 8392 manata (10700 ABŞ dollarına) 
yüksəlmişdir. 
Dünya İqtisadi Forumunun dəqiqliklə hazırlanmış hesabatına görə 
Azərbaycan 2013-cü ildə 
qlobal rəqabət qabiliyyətlilik indeksinə görə
2012-
ci illə müqayisədə 7 pillə irəliləyərək 148 dövlət içərisində 39-cu yerdə 
qərarlaşmışdır. Dünya iqtisadiyyatının böhran keçirdiyi indiki şəraitdə 
Vətənimiz Azərbaycanın bütün dünyada rəqabət qabiliyyətli iqtisadiyyata 
malik olan 50 ölkədən biri 
olması respublikamızda aparılan uğurlu və 
məqsədyönlü siyasətin əyani göstəricisidir. Azərbaycan Respublikası əlverişli 
makroiqtisadi mühit göstəricisinə görə dünyada 8-ci, əmək bazannm 
səmərəliliyinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci yerdədir. 
Son 10 ildə 
Bakıda 
çoxlu sayda yeni və müasir tipli yaşayış evlərinin, 
sosial və mədəni təyinatlı binaların və ticarət obyektlərinin tikilməsi, yeni 
yolların və çoxlu sayda körpünün tikilməsi, dənizkənan bulvann tamamilə 
yenidən qurulması nəticəsində paytaxt şəhərimizin siması tamamilə 
dəyişmişdir. 
Qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 
respublikanın və Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində yaşayış evləri 
tikilmişdir. 2007-ci ildə respublikada olan bütün 
çadır şəhərcikləri 
ləğv 
edilmişdir. 
2003 - 2012-ci illərdə respublikamızda ümumi sahəsi 16,7 milyon 
kvadrat metr olan 
yeni yaşayış evləri 
tikilib istifadəyə verilmişdir. 
2003 - 2013-cü illərdə respublikada 
nəqliyyat infrastrukturunu 
inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilmişdir. 2008 - 2013-cü 
illərdə 3860 km, o cümlədən, 1340 km respublika əhəmiyyətli, 2620 km 
rayonlararası və kəndlərarası avtomobil yolları çəkilmiş və ya yenidən 
qurulmuşdur. Yeni avtomobil yollarında 158 körpü inşa edilmişdir. 
Başa çatdıniması 2015-ci ildə nəzərdə tutulan və Şərqlə Qərbi, Asiya ilə 
Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin