İ N F O R M A T İ K A
____________________________________________________________
272
qoşun. Bu halda printer kağızı avtomatik olaraq çevirəçək və çapı kağızın
digər
üzündə davam etdirəcəkdir.
Sənədi bütövlükdə və ya hissə-hissə çap etmək olar. Sadəcə çap ediləcək
diapazonu, yaxud səhifələrin nömrələrini göstərmək lazımdır.
Bunu etmək üçün
Page (Страницы-Səhifələr) sahəsində lazımi səhifələrin nömrələrini daxil edin.
Səhifə nömrələrini vergüllə sadalamaq və ya tire ilə diapazon şəklində, məsələn,
3-25 şəklində vermək olar. Bu halda sonuncu çapetmə prosesi sənədin 3-cü
səhifəsindən 25-ci səhifəsinədək davam edəcəkdir.
Current (Tекущая-Cari) rejimini seçsəniz, yalnız
cari səhifə, yəni kursorun
durduğu səhifə çap ediləcəkdir.
Şəkil 67. (Параметры страницы-Səhifə Qur) dialoq pəncərəsi
Sənədin çap ediləcək nüsxələrinin sayı Copy (Копии-Nüsxələr) adlı
ədədi
sahədən daxil edilməlidir. Açılmış siyahının aşağısında (Разобрать по копиям-