İ N F O R M A T İ K A
____________________________________________________________
276
Şəkil 69. Microsoft Excel 2010-un proqram pəncərəsi
Sərlövhədən solda əlavənin nişanı, sağda isə cəld müraciət alətləri (qısa yol
düymələri) olan lövhə yerləşir.
Bu lövhədə ilkin olaraq soldan sağa əməliyyatı yaddaşda saxlamaq,
əməliyyatdan imtina etmək və əməliyyatı təkrar bərpa etmək üçün istifadə edilən
düymələr və s. yerləşir.
Sərlövhədən altda lent (menyu sətri) yerləşir. Lentdə File (Файл-Fayl),
Home (Главная-Baş), Insert (Вставка-Daxil et), Page Setup (Разметка
страницы-Səhifə
quruluşu),
(Формулы-Formulalar),
(Данные-Verilənlər),
(Рецензирование-Resenziya vermə) və View (Вид-Görünüş)
adlanan qoşmalar
(menyular) yerləşir. Qoşmanın məzmununu görmək üçün mausun oxunu onun
adının
üzərinə gətirib, sol düyməni sıxmaq lazımdır. Siz ilkin olaraq Home
(Главная-Baş) qoşmasını görəcəksiniz.
Qoşma – üzərində idarəetmə elementləri (düymələr, açılan siyahılar, sahələr
və s.) yerləşən zolaqdır. Bir neçə element bir qrupda birləşə bilər. Bu halda həmin
elementlər çərçivəyə alınır və çərçivənin aşağı hissəsində qrupun adı yazılır.
Qoşmalardan altda formula sətri yerləşir. Cari oyuğa (xanaya)
nə daxil
edilirsə nişanından sağda yerləşən formula sətrində əks etdirilir.