QRAFİK TƏSVİR ÜSULLARI. RASTR QRAFİKA
Rastr təsvir çox kiçik elementlərdən–piksellerdən ibarət olan mozaika kimi
təsəvvür edilə bilər. Belə təsvir xırda xanaları olan kağıza bənzəyir. Xanaların
(piksellərin) hər biri müəyyən rənglə rənglənir və nəticədə təsvir formalaşmış olur
(şəkil 137.). Rastr qrafikada prinsip olduqca sadədir, çünki prinsip kompüter kəşf
ediləndən çox-çox əvvəl (onlarla əsr) mövcud idi.
İncəsənətin mozaika, tikmə, vitraj (qapıya, pəncərəyə və s. yerlərə salınan
rəngli şüşələrdən düzəldilən şəkil və ya naxış) formasi kimi inkişaf edən
sahələrində təsvirlər həmişə diskret elementlərdən istifadə edilməklə yaradılmışdı.
Başqa bir misal, freskanı (divar naxışını) divara köçürmək üçün ən səmərəli
üsul xanalardan istifadə etməkdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, həm
təsvir çəkilmiş kağız, həm də təsvir köçürülməli olan divar eyni sayda xanalara
İ N F O R M A T İ K A
____________________________________________________________ 343
bölunür. Sonra isə təsvirin fraqmenti oldugu kimi kağızdan divardakı xanalara
köçürülür. Rastr qrafikada təsviri formalaşdiran yüzlərlə və minlərlə pikseldən
istifadə edilir.
Kompüter qrafikasında piksel termini müxtəlif anlayışlarla şərh edilə bilər:
Piksel–kompüter ekranında ən kiçik təsvir elementidir.
Piksel–rastr təsvirin ayrıca elementidir.
Piksel–printerdə çap edilən təsvir nöqtəsidir.
Nöqtə-printerlə yaradılan ən kiçik elementdir.
Şəkil 137. Rəstr təsvir
Displeyin ekranı verilmiş sayda sətirlərə və sütunlara bölünmüş qrafik tordan
(rastrdan) ibarətdir. Odur ki, displeyin ekranı məlum sayda videopiksellərdən
ibarət olur. Qrafik torun ölçüsü N*M düsturu ilə müəyyən edilir. Burada N–üfqi
istiqamət üzrə, M–şaquli istiqamət üzrə videopiksellərin sayıdır. Müasir
displeylərdə 640x480, 800x600, 1024x768, 1240x1024 və s. ölçülərdə qrafik
tordan istifadə edilir.
|