İ N F O R M A T İ K A
____________________________________________________________
338
Şəkil 134. Əlaqə haqqında məlumatların daxil edilməsi
və redaktəsi
Əgər istifadəçi hazırladığı verilənlər bazasını yaddaşa yazmaq istəyirsə, onda
(Главная-Əsas) qoşmasındakı (Записи-Qeydiyyatlar)
qrupuna daxil olan Save
(Сохранить-Yaddaşa yaz) düyməsini sıxlmalıdır. İş
prosesində istifadəçiyə
hazırladığı verilənlərin təqdimatı zamanı onları dəyişmək lazım gəlir. Bunun üçün
o, (Главная-Əsas) qoşmasında sol tərəfdə yerləşən View (Вид-Görünüş)
düyməsindən istifadə edə bilər. Düyməni sıxdıqda iş masasına açılmış pəncərədən
əməliyyatı yerinə yetirməyə uyğun olan təqdimat rejimlərdən birini: (Сводная
таблицы-Cədvəllər toplusu)nu, (Режим таблицы-Cədvəllər rejimi)ni, (Сводная
диаграмма-Diaqramlar toplusu)nu və ya (Конструктор-Konstruktor)
rejimini
seçə bilər (şəkil 135.).