İ N F O R M A T İ K A
____________________________________________________________ 335
Şəkil 128. Verilənlər bazası ilə əməliyyatı davam etdirmək üçün istifadə olunan
dialoq pəncərəsi
ƏLAQƏLƏR
Access 2007 əməliyyat sisteminin ekrana açılmış
dialoq pəncəsində Office
2007 paketinin digər əməliyyat sistemlərində olduğu kimi qoşmaları əks etdirən
lent yerləşir. Lentin ilk qoşması Home (Главная-Baş) qoşmasıdır. Qoşmada
yaradılmış verilənlər bazasının formatlanması üçün lazım
olan parametrlər,
müxtəlif iş rejimlərinə keçid, təqdim edilən verilənlərin ekranda əks olunmasının
idarə edilməsi və s. əmrlər dəsti yerləşir (şəkil 129.).
Şəkil 129. Home (Главная-Əsas) qoşması
İ N F O R M A T İ K A
____________________________________________________________
336
İstifadəçi Creating (Создание-Yaratma) qoşmasından
istifadə etməklə
cədvəllər, formalar, elementlər və diaqramlar, sorğular və həmin sorğulara uyğun
hesabatlar, həmçinin ona lazım olan digər əməliyyatları yerinə yetirə bilər (şəkil
130.).
Şəkil 130. (Создание-Yaratma) qoşması
(Внешние данные-Xarici verilənlər) qoşması istifadəçiyə verilənlərin xarici
fayllardan import olunmasına və ya həmin verilənlərin
xarici fayllara eksport
olunmasına imkan verir. İstifadəçi xarici fayl kimi Excel fayllarından, Access
verilənlər bazasından, mətn fayllarindan istifadə edə bilər (şəkil 131.).
İmport və eksport funksiyalarından istifadə
əsasən istifadəçinin böyük
həcmə malik fayllarla işləməsi zamanı əlverişlidir.
Şəkil 131. (Внешние данные-Xarici verilənlər) qoşması
(Работа с базами данных-Verilənlər bazası ilə işin təşkili) qoşmasından
əksər hallarda peşəkar istifadəçilər bəhrələnirlər. Qoşmaya daxil olan alətlər
mürəkkəb
əməliyyatların
(idarəetmənin
təhlili
və
informasiyanın
sinxronlaşdırılması, münasibətlərin əks olunması, makroslarla işin təşkili və s.)
yerinə yetirilməsində önəmlidir (şəkil 132.).