İ N F O R M A T İ K A
____________________________________________________________ 333
Əgər istifadəçi proqram tərəfindən ona təklif
olunan ülgülərdən istifadə
etməklə verilənlər bazası yaratmaq istəyirsə, onda o, öncə mausun oxunu seçdiyi
ülgünün üzərinə gətirib sol düyməni sıxmalı (şəkil 126.), sonra isə əməliyyatı
tamamlamaqdan ötrü dialoq pəncərəsinin aşağı/sağ
küncündə yerləşən New
(Создать-Yeni) düyməsini sıxmalıdır (şəkil 127.).
Bəzən istifadəçi daxilində verilənlər bazası olmayan boş fayl yaratmalı olur.
Bunun üçün o, dialoq pəncərəsinin orta hiisəsində yerləşən (Новая база данных-
Yeni verilənlər bazası)
işarəsini, sonra isə (Создать-Yeni) düyməsini sıxmalıdır
(şəkil 127.).
Dialoq pəncərəsində (Создать-Yeni) düyməsinin altında
yerləşən sahəyə
yaradılmış verilənlər bazası faylının ixtiayrı adı daxil edilməlidir.
Düymənin sağ
tərəfindəki sahə isə istifadəçiyə susmaya görə yaradılmış
fayla gedən yolu
dəyişməyə imkan verir.
Şəkil 126. Dialoq pəncərəsindən ülgünün seçilməsi
Əgər istifadəçi (Создать-Yeni) düyməsini sıxarsa, onda o, iş masasına
açılmış dialoq pəncərəsindən (Windows əməliyyat
örtüyünün prinsipinə uyğun
olaraq) istifadə etməklə yaratdığı faylın tipini, həmçinin onun yaddaşa yazılması
üçün lazım olan yolu seçə bilər.
İ N F O R M A T İ K A
____________________________________________________________
334
Şəkil 127. Əməliyyatı tamamlamaqdan ötrü dialoq pəncərəsindəki (Создать-Yeni)
düyməsinin sıxılması
Access 2007 əməliyyat sistemi istifadəçiyə verilənlər bazasını aşağıdakı
formatlarda saxlamağa imkan verir:
Microsoft Office Access 2002-2003 verilənlər bazası;
Microsoft Office Access 2000 verilənlər bazası;
Microsoft Office Access 2007 verilənlər bazası;
Microsoft Office Access proyektləri.
Seçim həyata keçirildikdən sonra istifadəçi OK düyməsini sıxmaqla yaratdığı
faylı ona lazım olan parametrlərlə yaddaşa yaza bilər.
Dostları ilə paylaş: