İ N F O R M A T İ K A ____________________________________________________________
114
PROSESSORLARIN ƏSAS XARAKTERİSTİKALARI Prosessor və ya mərkəzi prosessor anakartın “
ürəyi ” sayılır. Prosessor fərdi
kompüter şəbəkəyə qoşulduğu zaman ərzində ana kartın bütün elementləri ilə
qarşılıqlı informasiya əlaqəsindədir.
IBM PC uzlaşan kompüterləri üçün prosessorlar istehsal edən Intel şirkəti
1968- ci ilin iyun ayında təsis edilmişdir (ilk adı “NM Electronics” olan şirkətin adı
sonralar onun təsisçiləri Robert Noys və Qordon Mur tərəfindən dəyişdirilərək
“Intel - İnteqral Elektronika” adlandırılmışdır).
Prosessorlar tiplərinə görə bölünür. Prosessorun nişanlanması 80 rəqəmi ilə
başlayır. Sonra iki və ya üç rəqəmdən istifadə olunur. Rəqəmlərdən sonra gələn
hərflər və ya rəqəmlər prosessorun takt tezliyini əks etdirir. Prosessorun tipindən
əvvəl onu hazırlayan firmanın adı əks olunur. Məsələn, i80486DX-50 nişanlanması
prosessorun Intel firması tərəfindən hazırlandığını və 80486 tipinə malik
olduğunu, 50 rəqəmi isə prosessorun 50 Mhers takt tezliyində işləməsini göstərir.
AMD firmasının istehsalı olan prosessorlar AMD kimi, Cyrix firmasına aid olan
prosessorlar isə CX kimi nişanlanır. Fərdi kompüteri işə salan zaman bu hərflər
monitorun ekranında prosessorun tipindən əvvəl görünür.
İstehsal olunan prosessorun kristalında aşağıdakı elementlər yerləşir:
prosessor - əsas hesablama qurğusu olub verilənlər üzərində riyazı və
məntiqi əməliyyatları yerinə yetirir. Prosessor milyonlarla (hətta milyardlarla)
məntiqi elementdən – tranzistorlardan ibarətdir;
soprosessor – “sürüşən vergüllü” (və ya nöqtəli) rəqəmlər üzərində
əməliyyatlar yerinə yetirən xüsusi blokdur. Əsasən dəqiq və mürəkkəb
hesablamalarda, həmçinin bəzi qrafik proqramlarla iş zamanı istifadə edilir;
birinci səviyyəli keş-yaddaş – hesablama zamanı istifadə ediləcək aralıq
nəticələri yadda saxlamaq üçün istifadə olunan yüksək sürətli yaddaşdır;
ikinci səviyyəli keş-yaddaş.
Bütün bu qurğular ölçüsü 6 sm
2 -dan çox olmayan kristal sahədə yerləşir.
Mikroprosessorun elementlərinə baxış keçirmək üçün yüksək səviyyəli
mikroskopdan istifadə etmək lazımdır.
CPU-ların məhsuldarlığı aşağıdakı parametrlərdən asılıdır:
inteqrasiya dərəcəsi;
emal olunacaq verilənlərin mərtəbəliyi;
takt tezliyi;
CPU-nun ünvanlandığı yaddaş;
Keş-yaddaşın tutumu.
Bu parametrlərlə yanaşı CPU-lar hazırlanma texnologiyasına, qidalanma
gərginliyinə, form-faktorlara və s. görə bir-birindən fərqlənir.
QEYD : Form-faktor dedikdə hazırlanmış texniki məhsulun parametrləri
toplumunu təsvir edən standart başa düşülür.