Dərs vəsaiti Bakı 2023


Oksigen konvertorlannda polad istehsalı



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə27/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

 


Oksigen konvertorlannda polad istehsalı. 
Konvertorda 
polad 
istehsalının 
əsasını 
maye 
çuqunun 
qazvari 
oksidləşdiricilərlə emalı təşkil edir. Çuqunun tərkibindəki 
içqarışıqların ekzotermik reaksiyalarla oksidləşməsindən alınan 
kimyəvi istilik və maye çuqunun fiziki istiliyi polad əritmə 
prosesini tamamilə təmin edir. 
Oksigen konvertorlannda yəni, maye təkrar emal 
çuqunundan oksigen üfürməsi ilə polad əritmədə texniki təmiz 
oksigen (99,5...99,8% 0
2
) su ilə soyudulan mis ucluqlu boru 
(furma) ilə maye metala üfürülür. 
Oksigen konvertorunun kohnə konstruksiyası formasına 
görə əvvəlki Bessemer və Tomas konvertorlarına yaxındır. 
Hörgünün yeyilməsini azaltmaq, oksigen üfürməni və metalın 
həcmini 
artırmaq 
məqsədilə 
müasir 
konvertorlar 
təkmilləşdirilmişdir. Konvertorun hörgüsü yalnız əsası 
xarakterli dolomit və ya maqnezitdən düzəldilir. 
Odadözümlü material sərfi 2,7-kq/ton həddində dəyişir. 
Böyük tutumlu konvertorlara oksigen bir neçə, kiçiklərə isə bir 
furma ilə üfürülür. 
Bir sıra inkişaf etmiş ölkələrdə istehsal edilən poladın 
ümumi həcminin 70 - 90%-i müasir oksigen-konvertor üsulu ilə 
alınır və əritmə prosesi aşağıdakı kimi aparılır. Əksər 
zavodlarda bu məqsədlə qətrandolomitli və ya xrommaqnezitli 
materiallarla hörülmiş qapalı döşəməli konvertorlardan istifadə 
edilir.
Əritmə prosesi boş konvertora istehsalat qırıntıları və 
başqa metal tullantıiarını, bəzən də dəmir filizinin yüklənməsi 
(maye çuqun kütləsinin 30%-i qədər qırıntı və ya dəmir filizi 
əlavə etməklə) və mikserdən çalovlar ilə nəqledilən 
(temperaturu 1320°C-dən yüksək) maye çuqunun tökülməsi ilə 
başlayır. Konvertorun həcminin 1/5 hissəsi metalla doIduqdan 
sonra fosforu əlaqələndirmək üçün sobaya əhəng daşı (flüs) 
verilir. 


Konvertora tökülmüş metalın səthindən 1200 - 2000 mm 
aralı səviyyədə saxlanmaqla, su ilə soyudulan şaquli boruvari 
furma ilə sobaya texniki oksigen üfürülür. Əritmə prosesi maye 
çuqunun oksidləşməsi ilə başlayır və içqarışıqların azalması 
hesabına polad almağa imkan yaranır. Artıq elementlerin 
oksidləşməsi nəticəsində furmanın altında temperatur 2500°C-
dək yüksəlir; oksidləşmə və posa əmələgəlmə prosesləri 
sürətlənir.
Oksigen metalı, əsasən də onun dəmir əsasını intensiv 
oksidləşdirməyə başlayır. Ərintidə dəmirlə eyni zamanda digər 
içqarışıqlar da paralel olaraq oksidləşidləşir, oksidləşmə 
üfürülən oksigenlə yanaşı posanın tərkibinə keçmiş dəmir 
oksidi ilə də baş verə bilər: 
[Si]+O
2qaz
=(SiO
2
)+Q; 
[Mn]+[FeO]=[Fe]+(MnO)+Q ; 
2[P]+5(FeO)=5[Fe]+(P
2
O
5
)+Q; 
2[C]+O
2qaz
=2CO+Q. 
Reaksiya tənliklərində metalda olan kimyəvi elementlər 
kvadrat mötərizələrdə, onların posada olması isə dairəvi 
mötərizələrlə göstərilib. Oksigen üfürmfə davam etdikcə 
göstərilən reaksiyalar eyni zamanda gedir və sonuncu reaksiya 
həm də metalı qatışdırır. 
Prosesin gedişi şəkil 4.3-də verilmiş diaqramda 
göstərilmişdir. 
15-16 dəqiqəlik üfürmədən sonra furma qaldırıhr, 
konvertor meyllənir, analiz üçün metaldan nümunə götürülür və 
posanın böyük hissəsi kənarlaşdırılır - bu iş 7-8 dəq müddətində 
yerinə yetirilir; bu müddətdə ekspres-analizlə poladın əsas 
parametrləri təyin edilir, sonra konvertor yeniden şaquli 
vəziyyətinə qaytarılır, furma aşağı buraxılır və analizin 
nəticələrindən, həmçinin poladın markasından asılı olaraq bir 
neçə dəqiqə müddətində ikinci üfürmə apanlır. 


Şək. 4.3. Oksigen konvertorunda aşqarlann yanma diaqramı 
Oksidləşmə prosesi davam edir, posa əmələ gəlmə 
sürətlənir və başqa fiziki-kimyəvi proseslər davam edir. 
[Si0
2
] + 2CaO = 2CaO Si0
2
;
[P
2
0
5
] + 4CaO = 4CaO P
2
0
5

İkinci 
üfürmənin 
sonunda 
kovertora 
oksigen- 
sizləşdiricilər verilir. Oksigen konveriorunda əritmənin gedişi 
yüksək temperatur şəraitində aparılabildiyindən posanın 
əsaslığını, yəni onun tərkibində əhəngin miqdarını artırmaq 
imkanı yaranır; çuqun və poladın tərkibindəki kükürdün 
çıxarılası aşağıdakı sxem üzrə gedir: 
Fe
m
+[S] + (CaO) = [FeO] + (CaS). 
Posada əhəng daşının miqdarı artırıldıqca, reaksiyanın 
müvazinətliyi daha yüksək dərəcədə sağa yerini dəyişir. 
Sonra furma yenidən qaldırılır, konvertor maili vəziyyətə 
gətirilir, kimyəvi analiz üçün metal nümunə götürülür, batırılan 
termocütlə metalın temperaturu ölçülür; maye polad yan 


axardan tökmə çalovuna buraxılır (bu prosesdə maye poladın 
səthi posa ilə örtülü qaldığından metalda azotun həll olmasının 
qarşısı alınır); maye metalın buraxılmasında eyni zamanda 
ferromanqan, 
ferrosilisium 
və 
alüminium 
verməklə 
oksigensizləşmə, həmçinin tələb olunan legirləyici elementlərlə 
legirləmə aparılır. Əritmənin son mərhələsində metal 
axıdıldıqdan sonra 5-10 dəq müddətində qalmış posa 
kənarlaşdınlır, hörgü nəzarətdən keçirilir və boşaldılma deşiyi 
(axar) tutulur. Bütövlükdə texnoloji tsikl 50. . .60 dəq, oksigen 
üfürmə müddəti isə - 18...30 dəq davam edir. Prosesin 
məhsuldarlığı yüksəkdir və 400 ...500 ton/saat polad əridilr. 
Konvertorda bir ton polad almaq üçün texniki oksigenin ümumi 
sərfi 50...60 m həddindədir və bu göstərici nəzəri miqdardan 
azacıq fərqlənir. Oksigen-konvertor sexlərində hər bir işləyənə 
düşən polad buraxılışı martenlə polad istehsalındakına nisbətən 
30...50% çoxdur. 
Hazırda konvertorda əritmənin gedişini nizamlamağa və 
ona nəzarət etməyə imkan verən prosesin modelləri və 
alqoritmləri işlənib istehsala geiş tətbiq edilir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin