İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
194
Praktiki tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq 6.1.
Vegetasiya dövründə ədviyyat, bitki çayları və dərman
bitkilərində
əsas
xəstəliklərin müəyyənləşdirilməsi və onlara qarşı mübarizə tədbirlərin seçilməsi
Tapşırıq və fəaliyyətlər
Təlimat və tövsiyələr
1.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri
sahəsinə səfər edilməsi və
xəstə bitkilərdən nümunələrin
toplanması
Ədviyyat, bitki çayları və dərman
bitkiləri
sahəsinə səfər edin və uyğun
müşahidələr
aparın.
Xəstəlik əlamətləri müşahidə olunan
bitkilərdən xarakterik yarpaq, zoğ, gövdə və
kökümeyvə nümunələri götürün.
Müəyyən etdiyiniz xəstə bitkilərin hər
birindən nümunə götürün.
2.
Xəstəliyin
müəyyənləşdirilməsi
Müəyyən etdiyiniz xəstə bitkilərin şəklini
(fotosunu) çəkin.
İnternet resurslarından, kitabdan və
katoloqdan istifadə edərək xəstəliyi təyin
edin.
Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış
təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və
doğru təsvir verin.
3.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri
sahəsində yayılan
xəstəliklərə
qarşı mübarizə tədbirinin seçilməsi
Təyin etdiyiniz xəstəliklərə qarşı istifadə
olunan mübarizə üsullarını
müəyyənləşdirin.
Tətbiq etdiyiniz mübarizə üsullarının
səmərəliyi haqqında məlumat toplayın.
Səmərəli hesab
etdiyiniz mübarizə üsulunun
tətbiq qaydalarını müəyyən edin.
4.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri
əkinlərində yayılmış
zərərvericilərin müəyyən
edilməsi
Tərəvəz sahəsinin bir neçə yerində
müşahidələr aparın.
Zərərvericilərlə zədələnmiş bitkiləri qeydə
alın və onların fotolarını çəkin.
Kitabdan və internet materiallarından
istifadə edərək zərərvericini tanıyın.
5.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri
sahəsində yayılan
zərərvericilərə qarşı mübarizə
tədbirinin seçilməsi
Təyin etdiyiniz zərərvericilərə qarşı tətbiq
edilən səmərəli mübarizə üsulunu müəyyən
edin.
Müəyyən etdiyiniz mübarizə üsulunun
tətbiqi qaydalarını öyrənin və tətbiq edin.