İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
82
Tərəvəz bitkilərinin toxumlarına olan tələblər laboratoriyada hər hansı
bitki toxumunun
təsərrüfat yararlığının qiyməti müəyyən edildikdən sonra həmin qiymət dövlət standartında
göstərilən
I və
II sinif toxumlar üçün təyin edilmiş təsərrüfat yararlığının qiyməti ilə
müqayisə edilərək, nümunənin təsərrüfata nə dərəcədə yararlı olduğu və ya toxumun hansı
sinfə aid olduğu müəyyən edilir.
2.1.2. Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının əsas morfoloji
əlamətləri
Toxumun morfoloji əlamətləri onun keyfiyyəti ilə sıx əlaqədardır.
Bundan başqa,
toxumun təmizliyini və sortlaşdırılmasını düzgün təyin etmək üçün də bunları bilmək
lazımdır. Onu da qeyd edək ki, morfoloji əlamətlər becərilmə şəraitindən, yetişməsindən və
sairə asılı olaraq dəyişir.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının
morfoloji xüsusiyyətlərinə
(iriliyi, forması, rəngi, və səthinin səciyyəvi xüsusi xarakterik əlamətlərinə)
görə çox
müxtəlifdir. Onların müəyyən qismini bir-birindən asanlıqla fərqləndirmək mümkün olduğu
halda bəzi fəsilələrə daxil olan bitkilərin toxumlarını morfoloji nişanələrinə görə çətin seçmək
olur, bəzən heç fərqləndirmək mümkün olmur. Bunun səbəbi
həmin bitkilərin toxumunun
qida əhəmiyyəti kəsb etməməsi və tarix boyu toxuma görə seçilməməsidir. Ona görə belə
toxumları təyin etmək çətindir və bunun üçün müxtəlif üsullardan istifadə edirlər.
Anatomik üsul toxum qabığının müxtəlif quruluşuna əsaslanır.
Kimyəvi yolla toxumları təyin etmək üçün onları 2 saat müddətində 10 %-li
Natrium-
yodid (NaJ) və ya (NaOH) məhlulunda (məhlulun hər növ toxumda müəyyən rəng yaratması
məqsədi ilə) saxlayırlar.
Məsələn: müxtəlif növ toxumları morfoloji-analitik, anatomik
və kimyəvi üsulla təyin
edirlər.
Dostları ilə paylaş: