ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


F.Kene, A.R.Türqo, V.Mira-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

F.Kene, A.R.Türqo, V.Mira-
bodur. 
F.Kene
1694-cü ildə xırda torpaq sahibinin ailəsində ana-
dan olmuş və onun heç bir rəsmi təhsili olmamışdır, lakin onun 
müstəqil şəkildə tibb öyrənməsi o qədər uğurlu olmuşdu ki, 
həkim kimi fəaliyyət göstərmiş və hətta bir neçə tibbə həsr 
olunmuş iş yazaraq tibb üzrə dərəcə almışdır. Lakin bundan əv-
vəl Versala köçmüş və madam de Pompadurun himayəsi altın-
da Kral XV Lyudovikin həkim-məsləhətçisi vəzifəsinə təyin 
olunmuşdur. 
Onun ilk iqtisadiyyat üzrə nəşri 60 yaşında "Ensiklope-
diyaya" 1756-cı və 1757-ci ildə məqalə şəklində üzə çıxmışdır. 
Kenenin iqtisadi proqramı onun "Əkinçilik dövlətinin iqtisadi 
siyasətinin ümumi prinsipləri" (1758) adlı əsərində verilmişdir. 
Kene kənd təsərrüfatını vahid məhsuldar qüvvə elan edərək, 
əkinçiliyi özünün tədqiqat obyektinə çevirmişdi. Mübadilənin 
ekvivalentliyi haqqında fiziokratik müddəasını əsas götürərək, 
Kene merkantilistlərin sərvətin mübadilədən doğduğu barədə 
fikirlərini tənqid etmişdir. Onun fikrincə, mübadilə həqiqətən 


84 
heç nə istehsal etmir. "Təbii hüquq" (1765) əsərində Kene 
"təbii qayda" konsepsiyasını ifadə etmişdir ki, burada ictimai 
inkişafın qanunauyğunluqları və obyektivlik ideyasını irəli sür-
müş və cəmiyyəti canlı ictimai mexanizm kimi, iqtisadi həyatı 
isə daxili qanunauyğunluqlara malik olan təbii proses kimi 
nəzərdən keçirmişdir. Kene siyasi iqtisad tarixində istehsal və 
satışın daima təkrar olunması kimi "təkrar istehsal" anlayışını 
ilk dəfə tətbiq etmiş və özü də ondan istifadə etmişdir. O, tək-
raristehsal prosesinin təsvir edilməsini "İqtisadi cədvəl"də 
(1758) vermişdir. Burada pul axınları ilə ifadə olunan gəlir-
xərc cədvəli şəklində ziqzaqabənzər diaqram təsvir olun-
muşdur.
Beləliklə, Kenenin "İqtisadi cədvəl"i iqtisadi fikir tarixinə 
həm də bütün ölkənin iqtisadi inkişafını təmin edən əsas xalq 
təsərrüfatı proporsiyalarını aşkarlayan ilk makroiqtisadi model 
kimi daxil olmuşdur.
Fiziokratların doktrinasının ən yaxşı izahı 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin